Audiovizual Şura gəlir və xərclərini açıqlayıb
Azərbaycan Respublikası Audiovizual Şurasının 2023-cü il üzrə Maliyyə Hesabatını açıqlayıb.
Qeud edilib ki, Audiovizual Şuraya hesabat ilində illik plana əsasən, dövlət büdcəsindən ümumilikdə 2 milyon 713 min manat vəsait ayrılıb. İl ərzində bu vəsaitdən 2 milyon 281 min manat maliyyələşdirilmiş, 2 milyon 231 min manat vəsait isə istifadə olunmuşdur. İlin sonunda Maliyyə Nazirliyi tərəfindən ilkin plana dəqiqləşdirmə verilmiş və dəqiqləşdirilmiş büdcə 2 milyon 231 min manat olmuşdur. Maliyyələşdirilmiş vəsaitdən istifadə olunmayan 50 min manat vəsait isə dövlət büdcəsinə qaytarılmışdır.
Audiovizual Şura tərəfindən 19 iyun–02 avqust 2023-cü il tarixlərində keçirilmiş müsabiqə üzrə cəmi 100 manat büdcədənkənar vəsait daxil olmuş və bu vəsait müsabiqə ilə bağlı məlumatların mətbuatda dərc olunmasına sərf olunmuşdur. Bundan başqa cari ildə verilmiş lisenziyalardan Şuranın xəzinə hesabına ümumilikdə 45 min 500 manat büdcədənkənar vəsait daxil olmuş və bu vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir.
Audiovizual Şuranın 2023-cü ildə xərc maddələri üzrə maliyyələşmə və faktiki xərcləri əlavə cədvəldə təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 13 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















