Microsoft, oyun bölməsindən 1900 işçini ixtisar edəcək
ABŞ-ın texnologiya nəhənglərindən biri olan Microsoft-un oyun bölməsindən təxminən 1900 işçini ixtisar edəcəyi bildirilir."Microsoft", oyun bölməsindən 1900 işçini ixtisar edəcək.
Marja xəbər verir ki, “Microsoft Gaming” şirkətinin baş direktoru Fil Spenser məsələ ilə bağlı işçilərə bildiriş göndərib.
Bildirişdə Spenser, "Activision Blizzard" və "King" komandalarının "Microsoft"a qoşulmasından üç aydan çox vaxt keçdiyi xatırladılıb və "Microsoft Gaming" və "Activision Blizzard" rəhbərlərinin biznesin bir sıra sahələrində birləşməyə qərarlı olduqları bildirilib.
Spenser, bu prosesin bir hissəsi olaraq, oyun bölməsində təxminən 1900 nəfərin işini dayandırmağa qərar verdiklərini qeyd edib.
Bu rəqəm 22 min işçisi olan Microsoft-un oyun bölməsinin işçi qüvvəsinin təxminən 9 faizinə bərabərdir.
İxtisardan "Activision Blizzard", "Xbox" və "ZeniMax" işçilərinin təsirlənəcəyi qeyd edilir.
Digər tərəfdən "Blizzard"ın meneceri Mike Ybarra "X" sosial media hesabından verdiyi açıqlamada "Blizzard"dan ayrılacağını açıqlayıb.
"Microsoft", keçən ilin oktyabrında "Call of Duty" və "Diablo" kimi oyunların yaradıcısı "Activision Blizzard"ı təxminən 69 milyard dollara satın alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















