Dekabrda 302 milyon, 2023-də isə 3.6 milyard manat artıb - ƏHALİNİN VƏ BİZNESİN KREDİT BORCU BÖYÜYÜB
2023-cü ilin Dekabr ayında bankların kredit portfeli 1.3% və ya 301,7 milyon manat artaraq 23 milyard 183 milyon manata çatıb.
Marja.az bu barədə Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.4% (12 milyard 616.8 milyon manat);
ıı) istehlak kreditləri – 29.9% (6 milyard 937 milyon manat)
ııı) ipoteka kreditləri – 15.7% (3 milyard 629.2 milyon manat).
Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 195,5 milyon manat (+1.6%), 67.3 milyon manat (+1%) və 38.9 milyon manat (+1.1%) artmışdır.
Ümumilikdə, 2023-cü ildə bankların kredit portfeli 18.3% və ya 3.6 milyard manat artmışdır. Kredit portfelinin artımının 49%-i biznes, 33%-i istehlak, 18%-i isə ipoteka kreditləri hesabına təmin edilmişdir.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.1 faiz bəndi azalaraq 1.8% təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
2 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
2 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır


















