Azərbaycanın fondu dünyanın ən böyük texnologiya şirkətlərinə olan investisiyalarını artırıb - 1,6 MİLYARD DOLLAR
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) vəsaitlərin strateji bölgüsündə ən qabaqcıl beynəlxalq təcrübələrə əsaslanaraq müxtəlif maliyyə aktivləri üzrə regionlar, sektorlar, valyutalar və digər faktorları nəzərə almaqla investisiya qərarları verir. ARDNF-nin maliyyə aktivləri, regionlar, sektorlar üzrə investisiyaların payı sözügedən faktorlar üzrə qlobal maliyyə bazarlarındakı bölgü və bençmarkların tərkibi nəzərə alınmaqla təhlillərə əsaslanaraq həyata keçirilir.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondu maliyyə bazarında yarana biləcək risklərin qarşısını almaq və ya minimuma endirmək üçün atılan addımlarla bağlı sorğusuna cavabında bildirib.
Qeyd olunub ki, portfelin qeyd edilən amillər üzrə diversifikasiyası təmin edilməklə müvafiq risk/gəlirlilik profilinə uyğun portfel qurulur.
“Əlavə edək ki, ARDNF tərəfindən həm investisiya qərarı verilməmişdən əvvəl, həm də investisiyalardan sonrakı müddətdə yatırımlara dair müvafiq risklər nəzərə alınır, təhlil və monitorinq olunur. Sözügedən risklərin təhlili nəinki individual investisiya çərçivəsində, həm də portfel kontekstində aparılır. Fond birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri şirkətləri özündə ehtiva edən “MSCI World” indeksini izləyir və bu kontekstdə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir. Bununla da, ARDNF səhm investisiyalarını indeksin ölkələr, sektorlar və valyutalar üzrə bölgülərinə uyğun olaraq həyata keçirir. İndeks bölgülərindən böyük kənarlaşmalar isə həm səhm alt portfelinə, həm də fondun ümumi investisiya portfelinə əlavə risklər gətirir. Fond tərəfindən həm də mütəmadi olaraq qlobal maliyyə bazarlarında baş verən hadisələr izlənilir, cari bazar konyukturası və gözləntilər təhlil edilir, eləcə də, zəruri olduqda müxtəlif maliyyə aktivləri üzrə risk/gəlirlilik profili kontekstində investisiya portfelinə müvafiq dəyişikliklər edilir”, - deyə məlumatda bildirilir.
Məlumatda o da qeyd olunub ki, ARDNF səhm alt portfeli də daxil olmaqla kifayət qədər şaxələndirilmiş investisiya portfelinə sahibdir: “Buraya da birjada kotirovka olunan 1500-ə yaxın şirkətin səhmlərinə yatırımlar, eləcə də, 17 valyuta və bütün iqtisadi sektorları əhatə etməklə 60-dan çox ölkədə investisiyalar daxildir”.
Fondun ötən il üzrə ən çox səhmlərinə sahib olduğu 5 şirkətlərlə (TOP-5 şirkət) bağlı da məlumat verib. Təqdim edilən məlumatlara əsasən ARDNF dünyanın ən böyük texnologiya şirkətlərinə olan investisiyanı artırıb. Ötən il səhmlər üzrə ümumi məbləğ 1 milyard 627 milyon dollar təşkil edib.
- “Apple” (496 milyon ABŞ dolları, 11,3%),
- “Microsoft” (438 milyon ABŞ dolları, 16,9%),
- “Alfabet” / “Google” (258 milyon ABŞ dolları, 14,3),
- “Amazon” (233 milyon ABŞ dolları, 18%)
- “NVIDIA” (202 milyon ABŞ dolları, 13,4%)
Həmin səhmlərin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı isə müvafiq olaraq 4,3%, 3,8%, 2,3%, 2,0% və 1,8% təşkil edib.
Son illər dünyada artan kiberdələduzluq halları ilə bağlı da ARDNF preventiv addımlar atır. Qurumun açıqlamasında bildirilir ki, tətbiq edilən standartlara uyğun olaraq, kibertəhdidlərin biznes davamlılığına yarada biləcəyi fəsadlar, informasiya təhlükəsizliyinə risklər əvvəlcədən mümkün qədər qiymətləndirilir, müvafiq emal variantları, üsul və vasitələri müəyyən olunur: “Qlobal kiberməkandan olan risklərin qarşısı müdafiə eşalonlarında (perimetrlərində) müvafiq mühafizə vasitələri ilə alınır, müvafiq qaydalara uyğun olaraq, milli və korporativ SOC-lar (“Security Operation Centre” – Təhlükəsizliyin əməliyyatları mərkəzləri) vasitəsilə fasiləsiz monitorinq olunur, lazım olan hallarda müvafiq əks-cavab tədbirləri tətbiq olunur”.
© Azərtac
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
20 d. əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
2 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək





























