OPEC: Neft istehlakı 2025-ci ildə güclü şəkildə artacaq
OPEC bildirir ki, qlobal neft tələbi gələn il də güclü şəkildə artmağa davam edəcək və tələb təklifi üstələyəcək.Çin və canlanan qlobal iqtisadiyyatın təsiri ilə gələn il dünya neft istehlakı gündəlik təxminən 1,8 milyon barel artacaq.
Marja.az xəbər verir ki, bu, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq bazar hesabatında bildirilir.
Hesabatda gələn il qeyri-OPEC ölkələrindən hasilatın gündəlik 1,3 milyon barel artacağı proqnozlaşdırılır. Nəticədə, bu ay hasilatın yeni azaldılmasına təşəbbüs göstərən Səudiyyə Ərəbistanı və müttəfiqləri hasilatı əhəmiyyətli dərəcədə artırmasa, neft bazarları 2025-ci ilin sonuna qədər defisitlə davam edəcək.
Digər tərəfdən, Beynəlxalq Enerji Agentliyi bu il neftə tələbatın yavaşlayacağını, buna əsasən bərpa olunan enerji və elektrik nəqliyyat vasitələrinin artmasının səbəb olacağını proqnozlaşdırır.
OPEC 2024-cü ildə neftə tələbat artımı proqnozunu 2,2 milyon barel səviyyəsində saxlayıb.
OPEC-in 2024-cü ildə qlobal neft tələbatının artımı barədə proqnozu 2,2 milyon barel/gündür. Təşkilat bu il neftə təlabatın gündəlik 104,4 milyon barel səviyyəsinə çatacağını gözləyir. Təşkilat 2025-ci ildə tələb artımının gündəlik 1,8 milyon barel təşkil edəcəyini gözləyir. Mütləq hesablasaq, 2025-ci ildə qlobal neft tələbatı gündəlik 106,2 milyon barelə çata bilər.
OPEC vurğulayır ki, 2024-cü ildə neftə olan tələbat İƏİT-ə daxil olmayan ölkələrdə hava səyahətləri, avtomobil səyahətləri, eləcə də sənaye, tikinti və kənd təsərrüfatı sahələrindən güclü tələbatla dəstəklənəcək.
OPEC həmçinin 2024-cü ildə OPEC-ə daxil olmayan ölkələrdən neft hasilatının artımı proqnozunu gndəlik 100 min barel azaldaraq, 1,3 milyon barel/günə endirib. 2025-ci ildə də eyni rəqəmin olacağı gözlənilir. Mütləq ifadədə OPEC-ə daxil olmayan ölkələrdən neft hasilatının 2024-cü ildə 70,4 milyon barel, 2025-ci ildə isə 71,7 milyon barel olacağı gözlənilir.
OPEC-in proqnozuna görə, 2024-cü ildə neft hasilatı ABŞ, Kanada, Qayana, Braziliya, Norveç və Qazaxıstanda artacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























