"Azercell Telecom" keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü
Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu bir daha təsdiq etdi(®) "Azercell Telecom" MMC Müştəri Xidmətləri sahəsində beynəlxalq standarta uyğunluq üzrə sertifikasiya auditini uğurla başa vurub.
Abunəçilərə göstərdiyi yüksək xidmət səviyyəsinin növbəti göstəricisi olaraq olkənin aparıcı operatoru keyfiyyətin idarə olunması üzrə beynəlxalq ISO 10004:2018 sertifikatı ilə təltif olunub.
Dəyərləndirmə TÜV AUSTRİA TURK audit və sertifikatlaşdırma prosedurlarına uyğun olaraq “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib. Sertifikat 3 il müddətinə təqdim olunub.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. ISO 10004:2018 isə Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi standartıdır.
"Azercell" texnoloji həllər vasitəsilə “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq çoxçeşidli servis kanallarıyla, özünəxidmət tətbiqləri ilə abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 15 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?

























