“Azəriqaz” limitlərin yenilənmə vaxtını açıqlayıb
SOCAR “Azəriqaz” İstehsalat Birliyi yeni ilə keçidlə bağlı qazdan istifadə limitlərinin yenilənməsini 2024-cü ilin 5-6 yanvar tarixlərinədək tam icra etməyi planlaşdırır.
Bunu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, smart-kart tipli sayğaclar limitin yenilənməsini dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən avtomatik olaraq həyata keçirəcək.
“Belə ki, dekabrın 31-i gecə 00:00-dan sonra ödəniş olunarsa, ödəniş 1 200 kubmetrlik istifadə limitinə (minimal – red.) əsasən 12 qəpikdən həyata keçiriləcək”, - Eldəniz Vəliyev qeyd edib.
O bildirib ki, sonradan ödənişli ( mexaniki) sayğaclardan istifadə edən abonentlərin limiti yanvar ayının 5-6-dək yenilənəcək.
“Abonentlər evdə olmaya bilər, bayram günlərində qonaq gedir və bu kimi səbəblərdən əməkdaşlarımız yenilənmə prosesini bir balaca, yəni yanvar ayının 5-6-na kimi çəkə bilər”, - Eldəniz Vəliyev vurğulayıb.
Onun sözlərinə görə, baxmayaraq ki, mexaniki sayğaclarda limitlərin yenilənməsi 5-6 gün çəkə bilər, bu, abonentlərin narahatçılığına səbəb olmamalıdır. Ona görə ki, əgər abonentin mexaniki sayğacda yenilənmə prosesi yanvarın 5-nə təsadüf edibsə, yenilənən limitlər gələn ilin yanvarın 5-nə kimi qüvvədə olacaq.
Şöbə müdiri onu da əlavə edib ki, smart-kart tipli sayğaclardan istifadə edən abonentlər yeni limitlərdən yalnız artıq köhnə limit ilə aldığı qazı istifadə etdikdən sonra yararlana biləcək.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 24 d. əvvəl
-
-
49 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
51 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















