Dövlət Neft Fondu “Google” və “NVIDIA”ya yatırımlarını artırıb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhmlərinə ən çox yatırım etdiyi qlobal şirkətlər məlum olub. Bu il oktyabrın 1-nə Fondun yatırımları 14 valyutada olmaqla dünyanın 26 ölkəsindən 1600-dən çox şirkəti əhatə edib.
Bu barədəARDNF-dən bildirilib.
Məlumata görə, 2023-cü ilin ilk doqquz ayı üzrə Fondun listinqdəki səhmlərinin dəyəri 10,3 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin ilk yarısı ilə müqayisədə 3,7% azdır. 2023-ci ilin ilk altı ayında bu rəqəm 10,7 mlrd. dollar təşkil etmişdi.
Bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-5 şirkətlərə qlobal İT şirkətləri nəzarət etməkdə davam edib. ARDNF-in ən çox yatırım etdiyi TOP-5 şirkətlərin səhm portfelində də dəyişiklik olub. Fondun “Apple Inc”yə yatırımları bu ilin ilk yarısında 2,3 dəfə artaraq 497 mln. dollara çatsa da, III rübün sonuna bu rəqəm 440 mln. dollara (11,5% azalma) enib. Başqa sözlə, ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 4,7%-dən 4,3%-ə kimi azalıb.
Fondun “Microsoft”a yatırımlarının dəyəri 390 mln. dollardan 364 mln. dollara, səhm portfelində payını isə 3,7%-dən 3,5%-ə kimi azalıb. Əksinə, “Google”a edilən investiyaların dəyəri isə 9% artaraq 221 mln. dollardan 241 mln. dollara, portfeldəki payı isə 2,1%-dən 2,3%-ə yüksəlib. ARDNF-in “Amazon”a yatırımları isə son üç ayda 195 mln. dollardan 191 milyon dollara enib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı isə 1,9% təşkil edib.
ARDNF-in investisiya etdiyi ilk beş şirkət arasında bu ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip və oyun konsolları üçün qrafik prosessor istehsalçısı “NVIDIA” da yer alıb. Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri 169 milyon dollardan 175 milyon dollara yüksəlib.
Ümumilikdə, ARDNF-nin TOP-5 İT nəhənglərinin səhmlərinə yatırımları 1 mlrd. 411 mln. dollar təşkil edib. Bu isə bu ilin ilk yarısı ilə müqayisədə 4,1% azdır. 2023-cü ilin ilk yarısında bu rəqəm 1 mlrd. 472 mln. dollara bərabər olub.
Qeyd edək ki, ARDNF “MSCI World” indeksini passiv olaraq izləyir və bu çərçivədə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir. Bununla da, Fond səhm investisiyalarını indeksin bölgülərinə uyğun olaraq həyata keçirir.
“Ümumilikdə, ARDNF 2023-cü ildə “New Mountain Capital”, “Vitruvian Partners”, “CVC Capital Partners”, “Brookfield Asset Management”, “Blackstone”, “Ares Management” kimi dünyanın aparıcı və nüfuzlu şirkətləri tərəfindən idarə olunan daşınmaz əmlak və özəl səhm fondlarında iştirak paylarına investisiya edib” - Fonddan əlavə edilib.
© APA
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
17 d. əvvəl
Dollar bahalaşır, qızıl ucuzlaşır - Qızılın qiyməti 4000 dollara düşdü
- 29 d. əvvəl
-
- 36 d. əvvəl
- 42 d. əvvəl
-
53 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
14 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ucuzlaşmaqda davam edir
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
Ən çox oxunanlar
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!



























