“GL Ltd” şirkətində daha bir təyinat
“GL Ltd”-nin Hüquq məsələləri üzrə direktoru Pərviz Təhməzov 7 yanvar 2024-cü il tarixindən etibarən Hüquq və komplayens üzrə baş direktor vəzifəsinə təyin edilir.
Bu barədə Marja.az “GL Ltd” şirkətinə istinadən xəbər verir.
"Bu dəyişiklik Pərviz bəyin yeni vəzifəsinin və şirkətimizdə hüquq, komplayens və tənzimləyici normaların tələblərə uyğun idarə edilməsinin vacibliyinin bariz nümunəsidir. Pərviz bəy yeni vəzifəsində birbaşa olaraq GL şirkətinin Baş icraçı direktorunun tabeliyində fəaliyyət etməyə davam edəcəkdir.
Pərviz bəyin yeni vəzifəsində yüksək nailiyyətlər əldə edəcəyindən, həmçinin şirkətimizin standartlarını davamlı olaraq yüksəldərək əməliyyatlarımızın etik və hüquqi normalara uyğunluğunu təmin edərək onun gələcək uğurlarına əhəmiyyətli töhfə verəcəyindən əminik",- Şirkətin məlumatında deyilir.
Xəbər verdiyimiz kimi, “GL Ltd”-nin İnsan Resursları və Təlim və İnkişaf üzrə vitse-prezidenti Fəridə Ağayeva 7 yanvar 2024-cü il tarixindən etibarən İnsan resursları üzrə baş direktor vəzifəsinə təyin edilir.
Azərbaycanın ilk özəl enerji şirkəti "GL" Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oyl Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 2 d. əvvəl
- 7 d. əvvəl
- 19 d. əvvəl
-
40 d. əvvəl
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
-
44 d. əvvəl
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Qızılın qiyməti 4200 dollar/unsiyadan da aşağı düşdü
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb





















