Rekord qıran Avro dönüş nöqtəsində!
Dolar qarşısında ardıcıl rekord yeniləyən Avro, bu gün ABŞ-da məşğulluq göstəricilərinin açıqlanması ilə imtahana girəcək.
"Marja" xəbər verir ki, ABŞ-da İyul ayı kənd təsərrüfatı xaric məşğulluq hesabatı və işsizlik nisbəti bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.
Göstəricilər, bütün aktiv qiymətləri üçün diqqətlə təqib edilir, ən çox da Avro/dollar üçün kritik hesab olunur
İyun ayındakı faiz artırımından sonra Fed rəsmilərinin ehtiyatlı açıqlamaları davam edir. Buna Avropa Mərkəzi Bankı (ECB) tərəfində sədr Mario Draghi-nin də şahinləşən ifadələri əlavə olunduqda 1,5 ay ərzində 600 pips yüksələrək 1,19-a qədər yüksələn Avro/dolların zəif çıxan məşğulluq göstəricisi ilə 1,20 psixoloji müqavimətini qıra biləcəyi qeyd olunur. Əgər ABŞ-da məşğulluq göstəriciləri güclü çıxarsa məzənnə aşağı doğru istiqamət ala bilər.
32 AY SONRA BİR İLK BAŞ VERƏ BİLƏR
Əgər məzənnə 1,20-ni keçsə bu 32 ay sonra bir ilk olacaq.
BAZAR NƏYƏ BAXACAQ?
Bəs, bazar Avronun taleyini müəyyənləşdirəcək məlumatda nəyə baxacaq?
Kənd təsərrüfatı xaric məşğulluq İyunda 222 min nəfər artmışdır. İşsizlik nisbəti isə 4,4 faiz olmuşdu.
İyulda məşğulluğun 183 min nəfər artacağı və işsizlik nisbətinin 4,3-ə düşəcəyi gözlənilir.
Kənd təsərrüfatı xaric məşğulluq hesabatında qarşıya çıxan ən mühüm rəqəm maaş artımı olacaqdır. Maaşlar əvvəlki ay 0,2%-də armışdı və bu ay üçün proqnoz 0,3%-dir.
Yavaş bir maaş artımının gələcək aylara dair faiz artırımı gözləntilərini məhdudlaşdıracağı bildirilir. Ancaq iqtisadçılar, ümumi ABŞ iqtisadiyyatının tam məşğulluğa yaxın olduğunu və bunun da maaşların artmasını təmin edəcəyini bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























