"Digər banklar ilə də aktivlərin bir hissəsini almağı danışırıq"
"Biz mütəmadi olaraq digər banklar ilə və bank olmayan kredit təşkilatıları ilə hər hansı bir aktivin əldə olunmasını danışırıq" "Naxçıvan Bank"ın istehlak kreditləri portfelinin bir hissəsinin əldə edilməsi bu formada baş verib".
Marja.az-ın məlumatına görə, bunu "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov media nümayəndələri ilə görüşündə bildirib.
Bankın İdarə heyətinin sədri deyib ki, "Naxçıvan Bank"ın isteklak kreditləri portfelinin bir hissəsi "Kapital Bank"a ötürülüb:
"Müştərilərə bu barədə məlumat verilib, bundan sonra onlar kredit borclarını "Kapital Bank"a ödəyəcəklər. Qeyd etdiyim kimi, digər banklar ilə də aktivlərin bir hissəsinin alınmasını danışırıq. Bəzi danışıqlar müqavilə ilə yekunlaşmır, bəziləri əqd ilə yekunlaşır".
Fərid Hüseynov əlavə edib ki, "Naxçıvan Bank"dan "Kapital Bank"a ötürülən portfelin məbləği 60 milyon manat civarındadır: "Dəqiq rəqəmi sizinlə paylaşarıq".
Bankın sədri vurğulayıb ki, növbəti strateji dövrdə "Kapital Bank"ın Azərbaycanda və ya xaricdə bank almaq planı yoxdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 32 d. əvvəl
-
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















