Türkiyədə əmanət faizləri 50 faizə yaxınlaşıb, kredit faizləri 60 faizi keçib
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz artırması ilə paralel olaraq depozit (əmanət) faizləri də artaraq 50 faizə yaxınlaşıb.
Marja.az xəbər verir ki, depozit faiz dərəcələri 49,3 faizə, biznes krediti faizləri isə 2002-ci ildən bu yana ilk dəfə 52,8 faizə yüksəlib.
İstehlak kreditləri üzrə faiz dərəcələrinin orta səviyyəsi 60 faizi keçərək 61,3 faizə çatıb.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) həftəlik pul və bank statistikasını açıqlayıb. Məlumata görə, bank sektorunda (banklararası daxil olmaqla) cəmi əmanətlər dekabrın 1-də bitən həftədə 19 milyard 613 milyon 24 min lirə artaraq 14 trilyon 585 milyard 45 milyon 134 min lirəyə çatıb.
Eyni dövrdə banklardakı TL əmanətlər 0,17% azalaraq 8 trilyon 255 milyard 987 milyon 813 min lirəyə düşüb, xarici valyutada əmanətlər isə 0,01% faiz artaraq 5 trilyon 693 milyard 414 milyon 920 min lirəyə çatıb.
Xatırladaq ki, 23 noyabr 2023-cü il tarixində Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 35%-dən 40%-ə qaldırdığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























