Azərbaycanın idxal şirkətinin sahibi dəyişdi
Ticarət fəaliyyətilə məşğul olan "Mazarina" MMC-nin sahibi dəyişib.
Marja.az xəbər verir ki, "Mazarina" MMC-nin 05 dekabr 2023-cü il tarixli qərarı ilə Orxan Əhməd oğlu Poluyev Cəmiyyətin yeni təsisçisi elan edilib.
Qeyd edək ki, hazırda Azərbaycanda "Mazarina" MMC və "Mazarina Trade Company" MMC dövlət qeydiyyatındadır.
Mazarina.az saytında bildirilir ki, 1998-ci ildə yaradılmış “Mazarina” MMC Azərbaycanın ən qədim istehsalçısı olan “Gəncə Şərab-2” ASC ilə birlikdə şərab və digər alkoqollu məhsulların istehsalı və satışına başlamışdır. Qısa müddətdə məhsullar Azərbaycanın spirtli içkilər bazarının lideri olub və xarici ölkələrə ixrac edilib. Daha sonra 2001-ci ildən etibarən şirkət dünya istehsalçıları ilə müqavilələr imzalamış və Azərbaycan bazarında mühüm yer tutmuşdur. 2017-ci ildə “Mazarina” MMC-nin adı “Mazarina Trade Company” MMC-yə rebrendinq edilib. Şirkətin hədəfi Azərbaycanın distribütor və logistika bazarının ən böyük operatoru və Azərbaycanın əhəmiyyətli yerli idxalçısı olmaqdır. "Henkel", "Garnier", "Canbebe", "Raid", "Heinz", "Kodak", "Glade", "Camsil", "Avon" və s. məhsullar “Mazarina Trade Company” tərəfindən ölkəmizə idxal olunur və marketlərə paylanır.
Dövlət Vergi Xidmətinin məlumatına görə, 12.05.2017-ci il tarixində dövlət qeydiyyatına alınmış və 1000 manat nizamnamə kapitalına malik olan "Mazarina Trade Company" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu ev 191, m 26-dır. Şirkətin qanuni təmsilçisi (Baş direktoru) Məmmədov Qədir Şirsoltan oğludur.
03.09.2004-cü il tarixində dövlət qeydiyyatına alınmış və 20 manat nizamnamə kapitalına malik olan "Mazarina" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev. ev 19. m 8-dir. Şirkətin Baş direktoru Məmmədov Anar Zakir oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
4 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 d. əvvəl
-
-
12 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
17 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb






























