SOCAR-ın prezidenti “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb
6 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti Qiao Xubin ilə görüşüb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycanın “yaşıl enerji” potensialının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr, quruda və dənizdə külək enerjisi ilə bağlı potensial imkanlar, həmçinin SOCAR-ın korporativ strategiyası, bu xüsusda enerji keçidi, rəqəmsallaşma və innovasiya sahələrində görülən işlər barədə məlumat verilib.
Görüşdə çərçivəsində, həmçinin Çinin aparıcı beynəlxalq şirkətlərindən biri olan “China Energy International Group Co. Ltd" şirkətinin dünyanın müxtəlif ölkələrində yaşıl enerji və aşağı karbonlu enerji sahəsində çoxşaxəli fəaliyyət göstərdiyi qeyd olunub.
Tərəflər cari ilin iyun ayında SOCAR ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında imzalanan Əməkdaşlığa dair Sazişin əhəmiyyətindən bəhs edib, görüləcək işlər və gələcək hədəfləri nəzərdən keçirib, yaşıl hidrogen daxil olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı, təcrübə mübadiləsinin təşkili, texniki və maliyyə cəhətdən rentabelli layihələrin reallaşdırılması imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 33 d. əvvəl
-
-
52 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub






















