İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, sizi yenidən görməyimə çox şadam.
Biz bu ay Özbəkistanda görüşmüşük və bu gün təmaslarımızı davam etdiririk. Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssüratı yaranır. Əlbəttə, bu, çox xoşdur. Mənim Özbəkistana səfərim və Sizin Azərbaycana dövlət səfəri zamanı biz Sizinlə elə bu cür də danışmışdıq ki, tez-tez görüşəcəyik, bu, ölkələrimiz və xalqlarımız üçün faydalı olacaq. Zənnimcə, cəmiyyətlərimiz də bütün bunları aydın şəkildə görür. Prezidentlərin qardaşlığı, komandaların üzvlərinin qarşılıqlı fəaliyyəti və ən əsası – nəticə. Nəticələr artıq görünür. Biz Sizinlə iqtisadi, ticari, sənayenin inkişafı və kooperasiya üzrə çox iddialı plan müəyyən etmişik və hamısı yerinə yetirilir. Sizinlə razılaşdığımız kimi, biz müntəzəm olaraq tapşırıqların icrasına nəzarət edirik, hələ ki, öz tərəfimizdən heç kimə irad tutmamışıq. Srağagün SPECA-ya üzv ölkələrin sərgisi ilə tanış olduqda və Sizin hörmətli nazirlə Özbəkistan stendini bir daha ziyarət etdikdə, mən öz səfərim zamanı Daşkənddə şahidi olduqlarımı, məhz Sizin yaratdığınız sənaye gücünü yenidən gördüm və xatırladım.
Bu gün biz kooperasiya çərçivəsində, qarşılıqlı investisiyalar çərçivəsində, mahiyyətcə, həmçinin özümüzü təmin etməyə və ixraca istiqamətlənmiş birgə istehsalı yaradırıq. Bütün istiqamətlər üzrə fəal iş gedir. İli ikitərəfli münasibətlərin yaxşı nəticələri ilə başa vururuq, əlbəttə ki, növbəti ildən də yeni nəticələr gözləyirik.
Bir daha xoş gəlmisiniz.
Sonra Prezident Şavkat Mirziyoyev çıxış edərək dedi:
- Çox sağ olun. Sizi bir daha gördüyümə, görüşməyimə şadam. Həqiqətən mən də çox sevinirəm. Siz düzgün qeyd etdiniz ki, bu il bizim üçün çox zəngin il olub. Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm, çünki Siz doğru qeyd etdiniz, biz Sizinlə razılaşmışıq ki, görüşlərimiz çox olduğu üçün nəticələr də çoxdur. Xalqlarımız da ölkələrin liderləri arasında belə səmimi, etimada əsaslanan çox yaxşı münasibətlərin olduğu zaman, əlbəttə, nəticənin də olmasını görürlər. Beləliklə, bir daha Azərbaycanda, gözəl Bakıda olmağıma şadam. Özümü evimdəki kimi hiss edirəm. Hava da elə bizdəki kimidir. Dünən mən tez gəldim, ətrafı seyr etdim və mənim üçün çox xoş oldu.
x x x
Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli dinamik inkişafından məmnunluq ifadə olundu, dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edildi. Özbək xalqı adından Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb binasının inşasına görə minnətdarlıq bildirildi.
SPECA-nın 25 illiyinə həsr olunan Zirvə görüşünün önəmi, eləcə də Azərbaycanın və Mərkəzi Asiyanın geosiyasi, iqtisadi və siyasi baxımdan vahid məkan olduğu vurğulandı.
İqtisadi-ticari əlaqələrinin müxtəlif sahələrdə, həmçinin yeni əməkdaşlıq istiqamətlərində genişləndirilməsi ilə bağlı konkret layihələr müzakirə edildi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
9 d. əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
38 d. əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
1 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
-
2 saat əvvəl
"Bank Respublika"nın biznes kreditləri portfelinin həcmi 1,1 milyard manatı aşıb
-
2 saat əvvəl
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
-
2 saat əvvəl
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
Ən çox oxunanlar
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Yanvarın 24-də gözlənilən hava şəraiti
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq























