“Crystal-Mebel-İnteryer” şirkəti "Armarium" markası ilə Azərbaycan-Türkiyə birgə müəssisəsi kimi fəaliyyət göstərməyə başlayıb
“Crystal-Mebel-İnteryer” şirkəti öz məhsullarını "Armarium " markası ilə təklif edəcək. Türkiyəli iş adamı, 30 ilə yaxındır ki, mebel sektorunda uğurla çalışmış peşəkar mebel mütəxəssisi Ramazan Kazancı “Crystal-Mebel- İnteryer”-in Xırdalan mebel fabrikinin ortağı olub.Xırdalan qəsəbəsində müasir standartlara uyğun mebel fabriki qurmaqla 2009- cu ildən fəaliyyət göstərməyə başlayan “Crystal- Mebel- Interyer” şirkəti ilk günlərdən ölkəmizin mebel bazarında xüsusi dəst-xətti ilə seçilməyə başlayıb. Ötən illər ərzində müştərilərin və daimi tərəfdaşların zövqünü oxşayan, alıcıların istək və tələblərinə cavab verən mebel nümunələri istehsal edən şirkət istehsal prosesində ən son texnologiyalardan istifadə edir və mükəmməl ornament tətbiqlərinə nail olur.
Daima keyfiyyət sistemini yeniləyən “Crystal- Mebel- İnteryer” bununla da xidmət səviyyəsini daha üstün pilləyə qaldırır. Qarşıda dayanan bütün hədəflərə yetişmək üçün məhsul portfelində çeşid çoxluğu yaratmaq, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülüyü kimi prinsiplər şirkətin əsas meyarı olaraq qalır. Bütün bu deyilənləri ön planda saxlamaq, müştəri və tərəfdaşların tələblərini doğrultmaq kimi, peşə dəyərləri sistemi “Crystal- Mebel- İnteryer”-in peşəkar komandası üçün vazkeçilməzdir.
Yola saldığımız 2023-cü il şirkət üçün mükəmməl uğurlar ili kimi yadda qalacaq. “Crystal- Mebel-İnteryer” MMC şirkəti "Armarium" markası ilə Azərbaycan Türkiyə birgə müəssisəsi kimi yenidən ciddi layihələrə imza atan şirkət, böyük hədəflərə çatmaq üçün mebel istehsalında ən son texnologiyalardan istifadə etməyə başlamışdır.
Artıq xeyli vaxtdır ki, şirkətin Xırdalanda yerləşən mebel fabrikində Almaniya, İtaliya və Türkiyə istehsalı olan dəzgah və makinalardan istifadə edilir. Buraya avtomatlaşdırılmış maşınlar, kompüter prosesinə nəzarət, müxtəlif materialların emal üsulları daxildir. Daha bir üstünlük isə ondan ibarətdir ki, “Crystal- Mebel-İnteryer” şirkəti müştərilərin tələb və ehtiyacları əsasında mətbəx, yataq və digər mebel dizaynları yaratmağa kömək edən dizayn xidmətləri təklif etməkdədir. Qabaqcıl istehsal texnologiyaları və təcrübəli ustalar komandası ən cəsarətli dizayn ideyalarını icra etməyə imkan verir.
Hər bir müəssisənin qazandığı böyük uğurlar ilk növbədə peşəkar və çevik komandanın formalaşdırılmasından keçir. “Crystal-Mebel- İnteryer”-in Xırdalan mebel fabrikinin ortağı, Türkiyəli iş adamı, 30 ilə yaxındır ki, mebel sektorunda uğurla çalışmış peşəkar mebel mütəxəssisi Ramazan Kazancının yüksək təşkilatçılıq bacarığı sayəsində məhz belə komandanı formalaşdırmaq mümkün olmuşdur. Türkiyəli iş adamının gətirdiyi yeniliklər sayəsində fabrikin iş prosesi komputer nəzarəti altında başdan-başa avtomatlaşdırılımış və lojistika-çatdırılma sistemi daha da gücləndirilmişdir. Sevindirici haldır ki, “Crystal-Mebel- İnteryer” şirkəti bu gün dünyanın ən modern modellərinin istehsalını asanlıqla həyata keçirir. Məhsullarıın davamlılığını və möhkəmliyini təmin etmək üçün yalnız yüksək keyfiyyətli materiallardan və komponentlərdən istifadə edilir. Cəsarətlə söyləmək mümkündür ki, “Crystal-Mebel- İnteryer” şirkəti yüksək keyfiyyət, innovativ dizayn və üstün funksionallığı birləşdirən aparıcı mebel istehsalçısıdır. Şirkət artıq ən tələbkar müştərilərin ehtiyaclarını nəzərə alaraq klassikdən müasirə qədər geniş çeşiddə mebel məhsullarının yaradılmasında ixtisaslaşıb. Özəl tikinti şirkətləri eibarlı tərəfdaş olan Xırdalan fabrikinə demək olar ki, hər ay böyük sayda qapı, ofis və digər təyinatlı mebelləri sifariş verirlər.
“Crystal-Mebel- İnteryer” şirkəti təkcə mebel istehsalçısı deyil, həm də eviniz, ofisiniz və ya hər hansı digər məkanınız üçün rahat və dəbli interyer yaratmağa kömək etməyə hazır olan tərəfdaşdır. Məqsəd ən yüksək standartlara cavab verən keyfiyyətli mebellər vasitəsilə müştərilərimizin həyatını rahat və estetik cəhətdən xoş etməkdir.
“Crystal- Mebel-İnteryer” şirkəti Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq xarakteri kəsb edən ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi töhfəsini vermək niyyətindədir.
Əminliklə söyləmək lazımdır ki, "Armarium" markası altında daha böyük hədəflərə çatmağı planlayan “Crystal-Mebel-İnteryer” Azərbaycan- Türkiyə birgə müəssisəsinin yaradılması regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun həyata keçirilən işlərə və ölkəmizdə işsizliyin aradan qaldırılmasına da ciddi töhfələr verəcəkdir.
Xəyallarınızı "Armarium"la süsləyin!
"Armarium" bir “Crystal-Mebel-İnteryer” markasıdır!
Web sayt: www.armarium.az
Email poçt: [email protected]
İnstagram : www.instagram.com/armariumkitchendoor
Facebook : www.facebook.com/armariumkitchendoor
Mob telefon/whatsapp : 051-290-81-27
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
50 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
56 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
59 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır






















