ABŞ bildirib ki, Binance İranla 900 milyon dollar məbləğində əməliyyatlara icazə verib
Binance kriptovalyuta birjası ABŞ və İran arasında təxminən 900 milyon dollarlıq əməliyyatlara, həmçinin Suriya və Krımla çox milyon dollarlıq əməliyyatlara icazə verib.
Marja xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Merrik Qarland mətbuat konfransında bildirib.
"Binance, ABŞ və İrandakı istifadəçilər arasında təxminən 900 milyon dollarlıq əməliyyatları, həmçinin ABŞ ilə Suriyadakı istifadəçilər arasında milyonlarla dollarlıq əməliyyatları asanlaşdırıb",- o deyib.
Qarland, əməliyyatların Krımda və Rusiya tərəfindən nəzarətə götürülmüş Ukrayna ərazilərində də aparıldığını iddia edir.
4,3 milyard dollar cərimələnib.
Amerika hakimiyyəti (ABŞ Ədliyyə Nazirliyi) Binance kriptovalyuta birjasına Bank sirri haqqında qanunu pozduğuna və digər cinayətlərə görə 4,3 milyard dollar cərimə edilib.
Bunu ədliyyə naziri, ABŞ-ın baş prokuroru Merrik Qarland deyib.
"Ədliyyə Nazirliyi Binance-ı 4,3 milyard dollar cərimələyib. Bu, korporativ müttəhimdən cinayət işində tətbiq etdiyimiz ən böyük cərimələrdən biridir", - o bildirib.
Nazirliyin yaydığı açıqlamada qeyd edilib kimi, kriptovalyuta birjasının rəhbərliyi "bank sirri ilə bağlı pozuntular və lazımi qeydiyyatın olmaması ilə əlaqədar “günahlarını etiraf edib və 4 milyard dollardan çox ödəməyə razılaşıb. Xüsusilə, Binance-ın Baş direktoru Changpeng Zhao günahını etiraf edib.
Binance-in təsisçisi və baş direktoru Changpeng Zhao “çirkli pulların yuyulmasına qarşı effektiv proqram həyata keçirməməkdə də günahını etiraf edib”.
Qarlandın sözlərinə görə, Binance "törədilən cinayətlərə görə dünyanın ən böyük kriptovalyuta mübadiləsi platformasına çevrilib".
ABŞ Maliyyə naziri Janet Yellen, Binance rəhbərliyinin "mənfəət dalınca qanuni öhdəliklərinə göz yumduğunu" söyləyib.
Binance-ın Baş direktoru Changpeng Zhao, ABŞ-da açılan qara pul və fırıldaqçılıq cinayət işində ittihamları qəbul edərək istefa verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























