2027-ci ilədək Azərbaycanın cari hesablar balansının profisitinin azalacağı gözlənilir
2024-cü ildə cari əməliyyatlar hesabının balansının 4 mlrd. 324,1 mln. ABŞ dollarına bərabər olacağı və növbəti illərdə bu məbləğin azalaraq 2027-ci ilədək 1 mlrd. 478,5 mln. ABŞ dollarına enəcəyi nəzərdə tutulur. Azalma dinamikası malların ixracı üzrə proqnozlaşdırılmış, 2024-cü ildə neft və qaz sektorunda mal ixracının 18 mlrd. 124,7 mln. ABŞ dollarından 2027-ci ildə 13 mlrd. 838,4 mln. ABŞ dollarına enəcəyi nəzərdə tutulmuşdur.Cari hesablar balansında yüksək xammal qiymətləri səbəbi ilə profisitin təmin olunması ölkənin fiskal parametrlərinə müsbət təsir etmiş, ortamüddətli dövrdə qeyri neft-qaz ixracının artması fonunda cari hesablar balansında profisitin azalacağı proqnozlaşdırılmışdır.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilib ki, 2023-cü ilin birinci yarısında cari əməliyyatlar hesabında 5 mlrd.154,6 mln. ABŞ dolları profisit qeydə alınmış, müsbət saldonun müşahidə olunmasına xarici ticarət balansı (neft-qaz malları üzrə) və təkrar gəlirlər (fiziki şəxslərin pul baratları) üzrə profisit təsir göstərmişdir. Baxılan dövr ərzində 2022-ci il üzrə müvafiq dövrün məbləğindən 2 dəfə az profisit qeydə alınmış, illik müqayisədə azalma əsasən neft-qaz sektoru ilə əlaqəli olmuşdur.
Tədiyə balansının ən əhəmiyyətli komponenti olan malların ixracı dövrün sonuna 15 mlrd. 157,3 mln. ABŞ dollarına bərabər olmaqla illik qiymətləndirmədə azalmış, bu, neft-qaz sektoru ilə əlaqəli olmuşdur. Qeyri neft-qaz sektoru üzrə mal ixracında artım izlənsə də, bu sektorun cəmi ixrac portfelində kiçik paya malik olması səbəbi ilə neft-qaz sektorundakı azalmanı kompensasiya edə bilməmişdir. Qeyd olunan meyillər ixrac portfelinin tərkibində qeyri neft-qaz sektorunun payının nisbətən artması və 11,5%-ə yüksəlməsi ilə nəticələnmişdir. Bu sektor üzrə ixrac məbləğinin artması qeyri neft-qaz idxalının qeyri neft-qaz ixracı ilə maliyyələşdirilməsinə az da olsa müsbət təsir etmiş, faiz nisbəti 29,2%-dən 30,5%-ə yüksəlmişdir.
İdxal olunan malların həcmi cari ilin birinci yarısında 7 mlrd. 668,4 mln. ABŞ dolları olmuşdur ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 30% çoxdur. Artım həm neft-qaz, həm də digər sektorlar üzrə idxal həcminin artması ilə izah edilir. İdxal olunan malların 40,2%-ni istehlak malları təşkil etmiş, bu qrup məhsulların idxalı ötən ilin müvafiq dövrünə nisbətən 19,1% artmışdır. Əsas ticarət tərəfdaşlarında izlənməkdə davam edən yüksək inflyasiya da idxal həcminin artımına təsirsiz ötüşməmişdir. Belə ki, DSK-nın açıqladığı məlumatlara əsasən, cari ilin yanvar-avqust aylarında idxal həcmi nominal ifadədə 25,7% artsa da, real ifadədə cəmi 6,9% artmışdır. Bu isə idxal həcmi üzrə qeydə alınan artımda qiymət artımının əhəmiyyətli rol oynadığını deməyə əsas verir.
Cari hesablar balansının profisitinə azaldıcı təsir göstərən əsas komponent ilkin gəlirlər olmuş, kəsirin qeydə alınmasına daha çox beynəlxalq neft-qaz konsorsiumları üzrə gəlirlərin əsasən xam neft və təbii qaz şəklində repatriasiyası (təxminən 2,0 mlrd. ABŞ dolları) təsir etmişdir.
2023-cü ilin birinci yarısında tədiyə balansında müsbət dinamikanın izlənməsi əsas fiskal parametrlərə də təsir göstərmiş, neft-qaz sektoru üzrə malların ixracından əldə edilən gəlir həm DNFin, həm də dövlət büdcəsinin müvafiq gəlirlərinin proqnozdan artıq icrası ilə nəticələnmiş, həmçinin daxil olan əlavə valyuta həcmi valyuta bazarında tələb-təklif həcminə təsir göstərməklə, DNF vəsaitlərinin aşağı icrasına şərait yaratmışdır.
Tədiyə balansı üzrə proqnozlaşdırılan meyillərin əsas determinantlarından biri neft-qaz amili olmuş, növbəti illərdə neftin qiymətinin 60 ABŞ dolları götürülməsi, həmçinin neft-qaz hasilatının volatil dinamika ilə proqnozlaşdırılması cari əməliyyatlar hesabı üzrə profisitin formalaşmasına təsir göstərmişdir. Belə ki, 2024-cü ildə cari əməliyyatlar hesabının balansının 4 mlrd. 324,1 mln. ABŞ dollarına bərabər olacağı və növbəti illərdə bu məbləğin azalaraq 2027-ci ilədək 1 mlrd. 478,5 mln. ABŞ dollarına enəcəyi nəzərdə tutulur. Azalma dinamikası malların ixracı üzrə proqnozlaşdırılmış, 2024-cü ildə neft və qaz sektorunda mal ixracının 18 mlrd. 124,7 mln. ABŞ dollarından 2027-ci ildə 13 mlrd. 838,4 mln. ABŞ dollarına enəcəyi nəzərdə tutulmuşdur.
Təqdim edilmiş məlumatlara əsasən, 2024-2027-ci illərdə ölkənin ixrac portfelində neft-qaz mallarının payının azalacağı proqnozlaşdırılır ki, bu da həm qeyri neft-qaz məhsullarının ixracının artması, həm də neft-qaz məhsullarının ixrac həcminin azalması ilə izah edilə bilər. Qeyri neft-qaz sektoru üzrə malların ixracında növbəti illərdə sabit olaraq 12% artımın proqnozlaşdırılması şəraitində qeyri neft-qaz ixracının mal idxalını maliyyələşdirməsi nisbətinin yüksələcəyi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























