İki dövlət müəssisəsinin özəlləşdirilməsinə hazırlıq başlayıb
Dövlətə məxsus "Bakı Beton Konstruksiyaları" və "Balaxanı Metal Məmulatları" MMC-lərin özəlləşdirilməsi istiqamətində işlərə başlanılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) təşkilatçılığı ilə müəssisələrə təşkil edilmiş mediatur zamanı məlumat verilib.
Bildirilir ki, tədbirin məqsədi ictimaiyyətin müəssisələr haqqında məlumatlandırılması, potensial investorların özəlləşdirmə prosesinə cəlb edilməsidir.
Həmin kommersiya qurumları ölkə Prezidentinin 30 dekabr 2022-ci il tarixli sərəncamı ilə "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan və özəlləşdirməyə açılan müəssisələrindəndir.
İlk olaraq "Bakı Beton Konstruksiyaları" ilə tanış olan KİV nümayəndələrinə müəssisənin tarixi, infrastrukturu, istehsal prosesi, özəlləşdirilmə perspektivi barədə məlumat verilib. ƏMDX sərəncamın icrası ilə əlaqədar müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlər görüb, mövcud qanunvericiliyə uyğun olaraq Özəlləşdirmə Komissiyası yaradıb, inventarlaşdırma işləri aparıb, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalı 7 108 200 manat müəyyən olunub ki, bu da hər birinin dəyəri 100 manat olan 71 082 ədəd paydan ibarətdir.
Müəssisənin illik istehsal gücü 80 min kubmetr beton məmulatları təşkil edir. MMC-də müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və digər məhsullar istehsal olunur.
Sonra media nümayəndələri "Balaxanı Metal Məmulatları" şirkətində olublar. Müəssisənin nizamnamə kapitalı 4 653 800 manat olmaqla, hər birinin dəyəri 100 manat olan 46.538 ədəd paydan ibarətdir. Burada müxtəlif ölçüdə metal şkaf və rəflər, dolablar, məhəccərlər, elektrik dəmir qutuları, transformator məntəqələri və paylayıcıları, işıq dirəkləri, qapı və darvazalar, dəmir çəpərlər, dam örtükləri və digər mallar istehsal olunur.
Müəssisələrin yenidənqurulması və inkişaf etdirilməsi məqsədilə özəlləşdirilməsi qərara alınıb və bu barədə elan 30 gün əvvəlcədən Dövlət Xidmətinin internet səhifəsində (emlak.gov.az) və "Özəlləşdirmə portalı"nda (privatization.az) yerləşdiriləcək.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 26 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 54 d. əvvəl
-
59 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir















.jpg)






