AZAL lizinq yolu ilə 3 “Airbus A320“ təyyarəsi əldə edəcək
AZAL sərnişindaşımaya artan tələbatı ödəmək üçün “GetJet Airlines” ilə əməkdaşlıq sazişinə imza atıb . Lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə edilməsi planlaşdırılır.Tarixində ilk dəfə olaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL “GetJet Airlines” ilə üç “Airbus A320” təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb.
Marja.az "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur.
"“GetJet Airlines” ilə sazişin imzalanması aviaşirkətin uzunmüddətli inkişaf strategiyası və AZAL-ın müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində növbəti addımdır. Aviaşirkət sərnişinlər üçün etibarlılıq, təhlükəsizlik və rahatlığın təmin olunması üçün marşrutların sayını və tezliyini artırmaqda davam edir",- Mətbuat xidməti bildirib.
Qeyd edilib ki, marşrut şəbəkəsi və uçuşların tezliyini genişləndirməkdə davam edən AZAL, sərnişinlərin artan tələbatlarını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə etməyi planlaşdırır.
Vurğulanıb ki, “GetJet Airlines” tərəfindən icarə üçün təqdim olunan lizinq təyyarələri təhlükəsiz və etibarlı uçuşları təmin edən yüksək beynəlxalq aviasiya standartlarına cavab verir. Litvanın “GetJet Airlines” aviaşirkəti IOSA sertifikatına malikdir və ACMI daşımaları və çarter reysləri üzrə ixtisaslaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























.jpg)
