"Rusiya Qərbin müəyyən etdiyi neftin qiymətinin tavanından əziyyət çəkməyib"
Qərbin neft ixracına tətbiq etdiyi qiymət tavanı Rusiyaya təsir etməyib.
Marja.az xəbər verir ki, bunu "Foreign Policy" yazır.
Vaşinqtonda keçirilən ABŞ-Avropa İttifaqı sammitinin əsas diqqət mərkəzində G7 və Avropa İttifaqı tərəfindən təqdim edilən Rusiya neftinin qiymət tavanıdır.
"Tərəfdarlar (qiymət tavanı - red) bunun Kremli məhdudlaşdırmaq üçün ən vacib alət olduğunu iddia edirlər. Tənqidçilər bu addımın səmərəsiz olduğuna inanırlar və Rusiya bundan asanlıqla yayınır", - məqalədə deyilir.
Məqalə müəllifinin fikrincə, hər iki tərəf haqlıdır. Son bir il ərzində qiymət məhdudiyyətləri Rusiyanın karbohidrogen gəlirlərini azaldıb, lakin eyni zamanda Moskva bu tədbirdən yan keçməyə müvəffəq olub və onu uzunmüddətli perspektivdə səmərəsiz edib. Xüsusilə, Rusiya ticarətini qiymət tavanını dəstəkləməyən ölkələrə yönləndirib, həmçinin alıcıları müstəqil şəkildə neftlə təmin etmək üçün yüzdən çox gəmi əldə edib. Nəticədə, tədarükün böyük hissəsi sanksiyalardan kənarda qalır.
Bu tədbirin tərəfdarlarının fikrincə, növbəti addımlardan biri Rusiya neftinin ticarətində üçüncü tərəflərə və vasitəçilərə qarşı sanksiyaların tətbiqidir, lakin bu, qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər.
"Siyasətçilər bunu etiraf etməyi sevmirlər, amma mükəmməl sanksiyalar yoxdur. Neft ixracına dair məhdudlaşdırıcı tədbirlər öz işini görür, lakin onlar problemlərin uzunmüddətli həlli kimi nəzərdə tutulmayıb. Sanksiya obyektləri həmişə onlara uyğunlaşır və Rusiya da istisna olmayacaq”. - məqalədə qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















