Spotify istifadəçilərinin sayı 26 faiz artaraq 574 milyona çatıb - GƏLİRLƏRİ DƏ ARTIB
Spotify bu ilin üçüncü rübündə gəlirlərini 11 faiz artıraraq 3,4 milyard avroya çatdırıb. 3-cü rübdə güclü nəticələr açıqlayan şirkətin aktiv istifadəçilərinin ümumi sayı 26 faiz artaraq 574 milyona çatıb.Onlayn musiqi bazarının aparıcı şirkətlərindən biri olan Spotify gəlirlərini bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artıraraq 3,4 milyard avroya çatdırıb.
Marja.az xəbər verir ki, Şirkət 3-cü rüb üzrə güclü nəticələr elan edib və onun ümumi aktiv istifadəçilərinin sayı 26 faiz artaraq 574 milyona çatıb.
"Bu nəticələr tarixdə ikinci ən böyük üçüncü rüb performansımızı əks etdirir" şirkətin açıqlamasında bildirilir.
Spotify bu rübdə 32 milyon avro əməliyyat mənfəəti əldə edərək gəlirliliyə qayıdıb.
Şirkət üçün vacib olan ödənişli abunəçilərin sayı 30 sentyabr 2023-cü il tarixində 226 milyona çatıb. Burada keçən ilin eyni dövrü ilə müqayisədə 16% artım var .
Onlayn musiqi platforması iyul ayında premium paketlərinin qiymətlərini artırdığını elan etmişdi. ABŞ-da ən aşağı tarif aylıq 9,99 dollardan 10,99 dollara qaldırılıb. Eynilə, ikili plan 12,99 dollar əvəzinə 14,99 dollar, ailə planı isə 15,99 dollar əvəzinə 16,99 dollar olub. Şirkət bu qiymət artımlarını digər bazarlara, o cümlədən Avropa İttifaqının əksər hissəsi, Böyük Britaniya və Cənubi və Mərkəzi Amerika, Asiya və Okeaniyadakı həyata keçirib. Spotify bu qiymət artımları nəticəsində 3-cü rübdə gəlirliliyə nail olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























