"Yapı Kredi"nin mənfəəti proqnozu üstələyib
Azərbaycanda da törəmə bankı olan Türkiyənin kredit təşkilatı "Yapı Kredi Bank"(Yapı Kredi Bankası), 2023-cü ilin 3-cü rübündə bazarın 17,8 milyard TL gözləntisindən xeyli yüksək olaraq, 24,6 milyard TL (Türk lirəsi) xalis mənfəət əldə edib.
Marja xəbər verir ki, "Yapı Kredi Bankı"n xalis mənfəəti 2-ci rübündə 11,5 milyard TL, ötən ilin 3-cü rübündə isə 16,1 milyard TL idi. Belə ki, bankın xalis mənfəəti rüblük müqayisədə 114 faiz, illik isə 52 faiz artıb. Bank bütün 2022-ci ildə 52,7 milyard TL xalis mənfəət əldə etmişdi. 2023-cü ilin 9 ayında cəmi xalis mənfəət 48,7 milyard TL olub.
İlin üçüncü rübündə bankın nizamnamə kapitalı üzrə maddi orta gəlirliliyi 46 faiz təşkil edib. 2022-ci ilin sonunda kapitalın gəlirliliyi 56,6 faiz təşkil edib. 2023-cü ilin 2-ci rübündə bu, 36,8 faiz idi.
Aktivlərin orta gəlirliliyi 4,5 faiz təşkil edib. 2023-cü ilin ikinci rübündə bu rəqəm 3,6 faiz təşkil edib.
Bankın kapitalının adekvatlıq əmsalı bu rübün sonuna 17 faizdən 17,8 faizə yüksəlib.
Ötən rübdə əvvəlki rüblə müqayisədə TL kredit artımı 12%, TL depozit artımı isə 5% olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























