Rusiyalıların Gürcüstana səfərlərinin sayı kəskin artıb
Yanvar-sentyabr aylarında Rusiya vətəndaşlarının Gürcüstana səfərlərinin sayı 1,14 milyonu ötüb. Eyni dövrdə Azərbaycandan Gürcüstana 147,1 min dəfə səfər olub.Rusiya vətəndaşları 2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstana 1,14 milyon dəfədən çox səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,3% çoxdur.
Marja.az bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının dərc etdiyi məlumatlara istinadən xəbər verir.
2023-cü ilin doqquz ayı ərzində Gürcüstana səfərlərin sayına görə Rusiya vətəndaşları liderdir. Turistlər üçün ən cəlbedici olan 3-cü rüb ərzində ruslar Gürcüstana 571 min 190 dəfə səfər ediblər ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.
2023-cü ilin cəmi doqquz ayında Gürcüstana 5,56 milyondan çox beynəlxalq səfər (+43%), o cümlədən 3,65 milyonu turizm (+35,2%) məqsədi ilə həyata keçirilib.
Gürcüstana səfərlərin sayına görə Türkiyə vətəndaşları Rusiyadan sonra ikinci yerdədir, türklər Gürcüstana 1,08 milyon dəfə (+99%) səfər ediblər. Üçüncü yerdə 736 min dəfə (+41,1%) səfər etmiş Ermənistan vətəndaşları qərarlaşıb. Növbəti yerləri İsrail (182,6 min səfər), Azərbaycan (147,1 min səfər), Qazaxıstan (129,9 min səfər) və Ukrayna (115,8 min səfər) vətəndaşları tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























