Yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası istismara veriləcək
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilibAzərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Marja xəbər verir ki, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda cari dövr ərzində görülmüş işlər barədə hesabatlar dinlənilib.
Nazir bildirib ki, yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” GES istismara veriləcək. Həmçinin bildirilib ki, işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası kimi inkişafı üzrə işlər davam etdirilir, müvafiq sahədə müntəzəm monitorinqlər aparılır. Naxçıvanın da ölkə başçısı tərəfindən yaşıl enerji zonası elan olunduğu qeyd edilərək, muxtar respublikada bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını da özündə ehtiva edən 2023-2027-ci illər üçün sosial-iqtisadi inkişafa dair dövlət proqramının icrasından danışılıb. Eyni zamanda, yaşıl enerjinin Avropaya ixracı istiqamətində işlərin davam etdirildiyi bildirilib.
İclasda bərpa olunan enerji layihələri üçün dənizdə ərazilərin ayrılması, imzalanması nəzərdə tutulan sənədlər, yeni güclərin şəbəkəyə inteqrasiyası və digər məsələlər müzakirə olunub.
Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Müdafiə, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Minatəmizləmə Agentliyinin nümayəndələrinin iştirak etdiyi iclas Azərbaycanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı növbəti addımların və vəzifələrin müzakirəsi ilə yekunlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
50 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
56 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
59 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır





















