“Tegeta Motors Baku” dünyanın aparıcı brendlərini “Baku Build 2023” sərgisində təmsil edir
“Tegeta Motors”un Bakı filialı Azərbaycanın ən böyük tikinti və infrastruktur sərgisində iştirak edir.
Burada əsas məqsəd oktyabrın 19-21-də Bakıda keçiriləcək “Baku Build 2023” sərgisi regionda infrastruktur layihələrinin səmərəli həyata keçirilməsi üçün özəl və dövlət sektorları arasında tərəfdaşlığı gücləndirməkdir.
15-ə qədər ölkənin iştirak etdiyi sərgidə “Tegeta Motors Baku” Britaniyanın JCB brendini və onun tikinti avadanlığını təqdim edəcək. “Tegeta” brendi eksklüziv olaraq Azərbaycanda təmsil olunur və ötən il Bakıda ən yüksək standartlara cavab verən çoxfunksiyalı JCB servis mərkəzini də açıb.
“Tegeta Motors Baku”nun direktoru Davit Endeladze: ““Baku Build 2023” kimi mühüm sərgidə iştirak etmək imkanımız olduğu üçün şadıq. Bu, dünyanın hər yerindən şirkətləri ölkənin irimiqyaslı layihələrinə cəlb etməyi qarşısına məqsəd qoyan effektiv biznes platformasıdır.
Azərbaycanda tikinti və infrastruktur layihələri böyük sürətlə davam edir. İstər avadanlıq təchizatı, istərsə də xidmət baxımından tikinti sektorunu dəstəkləməkdə çoxillik təcrübəmiz var və biz Azərbaycanı keyfiyyətli avadanlıqla təmin edə, təhvil-təslimdən sonra xidmət göstərə və onun rahat işləməsinə cavabdeh ola bilərik.
Yeddi ildir Azərbaycanın tikinti və qeyri-tikinti sektoru üçün etibarlı tərəfdaşı olan və yalnız JCB brendini Bakıda təmsil edən şirkətimiz Azərbaycanın infrastruktur layihəsinə ciddi töhfə verə biləcək”.
“Baku Build 2023” sərgisində “Tegeta Motors JCB”dən başqa, “Renault Truck” da daxil olmaqla bir neçə digər beynəlxalq brendi təmsil edəcək və bir daha tam hazır olduğunu və bütün bazar tələblərinə cavab vermək qabiliyyətini nümayiş etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"






















