Azərbaycan şirkəti Misirdə tenderin qalibi olub
Azərbaycanın "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC (R.İ.S.K.) bu yaxınlarda, R.İ.S.K. Misirin "Milli Aeronaviqasiya Xidmətləri Şirkətində" (National Airnavigation Services Company - NANSC) keçirilən beynəlxalq müsabiqənin (tenderin) qalibi olmaqla növbəti uğur qazanıb.
Marja.az bu barədə şirkətə istinadən xəbər verir.
Qeyd edilib ki, imzalanmış müqavilənin predmeti NANSC-da aeronavigasiya informasiya zənciri idarəçiliyinin avtomatlaşdırıma yolu ilə təkmilləşdirilməsi və İCAO standartlarına uyğunlaşdırılmasıdır. Şirkətin təhlükəsiz uçuş marşrutlarının yaradılması üçün nəzərdə tutulan proqram təminatı da 18 ay müddətinə nəzərdə tutulmuş bu müqavilənin predmetinə daxildir.
Əsası 1993-cü ildə qoyulmuş və informasiya texnologiyaları sahəsində tanınmış "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC (R.İ.S.K.) bu yaxınlarda fəaliyyətinin 30 illiyini qeyd edib.
Bu müddət ərzində şirkət həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda əhəmiyyətli nailiyyətlər əldə etmişdır. Tək bir xarici bazarlarda R.İ.S.K., coğrafi olaraq dünyanın 4 qitəsində, yüzlərlə müqavilələrə imza atmış və uğurlu layihələr həyata keçirmişdir.
İT və info-/kiber-təhlükəsizlik üzrə konsaltinq, sistem inteqrasiyası, tətbiqi proqram təminatı istehsalı, coğrafi informasiya sistemlərinin (GIS) yaradılması kimi istiqamətlər şirkətin fəaliyyət istiqamətlərinin yalnız bir hissəsidir. Onun innovativ həllərinin və xidmətlərinin sifarişçiləri isə iri telekommunikasiya şirkətləri, dövlət qurumları, hüquq-mühafizə orqanları, neft və qaz sənayesi iştirakçıları, bank-maliyyə, tikinti və həmçinin nəqliyyat sektorlarıdır. R.İ.S.K. Elmi İstehsalat Şirkəti dünyanın nəhəng İT və telekommunikasiya avadanlıqları istehsalçıları ilə yaxından tərəfdaşlıq edir.
Şirkətin fəaliyyətində proqram məhsullarının yaradılması xüsusi yer tutur. Buna nümunə R.İ.S.K.-in beynəlxalq mülki aviasiya naviqasiyası üçün hazırladığı çoxsaylı proqram paketidir. Uçuş təhlükəsizliyinə dəstək sistemləri kimi istifadə olunan bu proqramlar dünya bazarında, sıx rəqabət şəraitində, xüsusi uğurlar qazanmışdır. Hal-hazırda şirkətin məhsulları, bu və ya digər çeşiddə, dünyanın 20-dən çox ölkəsinin aeronaviqasiya idarələri tərəfindən istismar olunur.
Qeyd edək ki, R.I.S.K. bu il ISO 9001 beynəlxalq keyfiyyət standartına uyğun sertifikatlaşmasının da 20 illiyini qeyd edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
- 48 d. əvvəl
-
54 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)



.jpg)









