Expressbank beynəlxalq pul köçürmələri üzrə əhatəsini genişləndirdi
(®) Expressbank beynəlxalq hesablaşmalarda fəaliyyətini genişləndirilməyə və beynəlxalq pul köçürmələri xidmətini inkişaf etdirməyə davam edir.
Belə ki, Bank daha 2 xarici bankda müxtəlif valyutalı müxbir hesablar açıb. Həmin banklar Çinin Zhejiang Chouzhou Commercial Bankı və Almaniyanın KT Bank AG-dir.
Çin bankında müxbir hesabın açılması həmin ölkə ilə ticarət əlaqələri olan yerli sahibkarların və biznes strukturlarının daha rahat fəaliyyətinə dəstək olacaq. Müştərilər pul köçürmələrini 3 valyuta (dollar, avro və Çin Yuanı) üzrə həyata keçirə bilərlər.
Expressbank Almaniyanın KT Bank AG-də avro valyutalı müxbir hesab ilə müştərilərinin xidmətində olacaq.
Xarici pul köçürmələri etmək istəyən müştərilər "Expressbank"ın digər müxbir hesabları ilə bankın rəsmi saytından tanış ola bilərlər.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Expressbank - İşiniz rahat getsin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib




















