"Turanbank"da 5 milyon manata yaxın əməliyyat mənfəəti - BANK BİZNES KREDİTLƏRİNİ DAHA ÇOX ARTIRIB
"Turanbank" ASC 2023-cü ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az-ın məlumatına görə, "Turanbank" cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 843 min manat və ya 23,4% artaraq 67 milyon 627 min manat təşkil edib. O cümlədən, bankın müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 11 milyon 2 min manat aratraq 52 milyon 533 min manat olub.
"Turanbank" cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyon 434 min manat və ya 27,3% artaraq 62 milyon 718 min manat təşkil edib.
2023-cü ilin 9 ayında "Turanbank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 909 min manat olub. Eyni zamanda, Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 16 milyon 861 min manat ayırıb. Məqsədli ehtiyatlar bankın buferidir, əgər kredit və ya depozit itkiləri baş verərsə, itki bu ehtiyatların hesabına bərpa edilir və Bankın fəaliyyətində çətinlik yaranmır.
BİZNES KREDİTLƏRİ DAHA ÇOX ARTIB
"Turanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin 9 ayında 50 milyon 78 min manat artaraq 598 milyon 573 min manata çatıb. O cümlədən, bankın istehlak kreditləri portfeli 4 milyon 908 min manat aratraq 143 milyon 701 min manata, biznes kreditləri portfeli 32 milyon 620 min manat artaraq 346 milyon 475 min manata, ipoteka kreditləri portfeli isə 12 milyon 549 min manat artaraq 108 milyon 397 min manata çatıb.
Eyni dövrdə, bankın cəmi aktivləri isə 12 milyon 947 min manat artaraq 833 milyon 768 min manata yüksəlib.
ƏHALİNİN BANKDA ƏMANƏTLƏRİ ARTMAQDA DAVAM EDİR
"Turanbank"da depozitlər ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin 9 ayında 7 milyon 317 min manat artaraq 436 milyon 591 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri isə 63 milyon 29 min manata artaraq 390 miylon 933 min manata yüksəlib. Qeyd edək ki, "Turanbank" bazarda ən cəlbedici əmanət faizi təklif edən banklardan biridir, buna görə bankın əmanət məhsullarına maraq böyükdür.
30 sentyabr 2023-cü il tarixində "Turanbank" 83 milyon 209 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 1 saat sonra
-
-
46 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
-
52 d. əvvəl
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
15 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
Ən çox oxunanlar
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















