Harvard Universitetinin nümayəndə heyəti "Gəncə Avtomobil Zavodu" ilə tanış olub
Harvard Universitetinin nümayəndə heyəti "Gəncə Avtomobil Zavodu" İstehsalat Biriliyini ziyarət edib.
Dünyanın məşhur universitetlərindən birinin bir qrup əməkdaşı Azərbaycan İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə ölkəmizə səfərləri çərçivəsində zavodda olub, müəssisənin fəaliyyəti ilə yaxından maraqlanıblar.
Zavodun mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Gəncə Avtomobil Zavodun direktorunun 1-ci müavini Bağban Nəbiyev Harvard Universitetinin Kennedi məktəbinin əməkdaşlarına – baş tədqiqat meneceri Tim Çeston, tədqiqatçılar Xorxe Tapia, Felisiya Belosteçiniç, Aleksandro Rueda Sanaya zavodun yenidən fəaliyyətə başladığı 2004-cü ildən bu günədək inkişaf tarixinə nəzər salaraq hazırda xətllər üzrə yığılan texnikalardan, bağlanmış müqavilələrdən danışıb.
Sonra qonaqlar yığım xəttləri ilə tanış olduqdan sonra zavod rəhbərliyi ilə gələcək planlardan danışıb, görüləcək işlər barədə onları maraqlandıran sualları veriblər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 3 saat sonra
-
-
13 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
14 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
14 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
15 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























