Unibank daha bir nominasiyanın qalibi olub

Unibank VISA kartları ilə edilən nağdsız ödəniş dövriyyəsini ən çox artıran bank nominasiyasının qalibi olub. Nominasiya VISA ödəniş sistemi tərəfindən 2017-ci ilin 1-ci rübünün nəticələrinə əsasən müəyyənləşdirilib.
Unibank kartları ilə nağdsız ödənişləri etmək müştərilərə daha sərfəlidir. Çünki bankın bütün əmək haqqı kartları və eləcə də ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarında сashback xidməti mövcuddur. Bu isə Unibank kartları ilə partnyor və qeyri-partnyor mağazalarda (http://www.unibank.az/az/private-clients/cashback/) alış-veriş edən müştərilərə 20%-dək cashback qazandırır.
Unibank ölkədə nağdsız hesablaşmaların həcminin artırılmasına, elektron ödəniş xidmətlərinin genişlənməsinə ən çox dəstək verən banklardandır. Bankın nağdsız hesablaşmaların həcminin artırılmasına verdiyi töhfədə Unibank Mobile əlavəsinin xüsusi rolu var. Çoximkanlı funksiyaları ilə ölkə banklarının mobil əlavələri sırasında istifadəçilər tərəfindən ən çox yüklənən Unibank Mobile, 60-a yaxın xidmət və məhsulları ilə müştərilərini elə telefonlarındaca bank xidmətləri ilə təmin edir. Bir neçə ay əvvəl istifadəyə verilən Unibank Business Mobile isə Unibank müştərisi olan fərdi sahibkarlara istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə etmək imkanı yaradır.
Unibank bundan sonra da nağdsız ödənişlərə öz dəstəyini verməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) ) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 46 d. əvvəl
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnvestisiya Forumu keçirilib
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır

Rəsmi məzənnələr açıqlandı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək

Sentyabrın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
