Əmanətdə hansı bank sərfəlidir? - SİYAHI, GƏLİR FAİZLƏRİ
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi daxil faizlərini bir neçə dəfə artırdığı üçün kommersiya banklarında əmanət faizləri yüksək olaraq qalır.Azərbaycandakı banklarının 12 ay müddətinə Manat əmanəti faizlərini təqdim edirik.
“Marja.az” araşdırmasına əsasən, hazırda 12 ay müddəti üzrə ən yüksək əmanət faizlərini Bank VTB Azərbaycan, AccessBank, Bank of Baku, Unibank, Yelo Bank, Bank BTB, Rabitəbank, Naxçıvanbank və Turanbank təklif edir.
Hazırda illik faiz dərəcəsi 12%-ədək olan manat əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. İllik faiz dərəcəsi 12%-dən yuxarı olan əmanətlər üzrə sığorta hadisəsi baş verdikdə (bank müflis olduqda, lisenziyası ləğv edildikdə) kompensasiya ödənilmir. Eyni zamanada, illik dərəcəsi 12%-ədək olan, lakin məbləği 100 min manatdan çox olan əmanətlər üzrə 100 min manatadək kompensasiya ödənilir.
Telegram kanalımıza abunə olun: @marjaaz
Qeyd edək ki, 01.02.2023-cü il tarixindən etibarən fiziki şəxslərin əmanət üzrə faiz gəlirləri Vergi Məcəlləsinə əsasən 10% gəlir verigisinə cəlb olunur.
Bankların 1 illik (12 ay) müddətinə Manat əmanəti üzrə faiz dərəcələri:

*Aksiya üzrə faiz dərəcəsi (17.09.2023 tarixdən etibarən, yalnız kampaniya çərçivəsində həmin kampaniyanın şərtləri daxilində açılan əmanətlərə şamil olunur).
**“Bank Melli İran” Bakı filialı minimal məbləğ 5 000 manatdan az olmamaq şərtilə vəsaitlər 6 ay müddətinə depozitə yerləşdirilə bilər. Faizlər hər ay alındıqda 2%, müddətin sonunda götürüldükdə isə 3% təşkil edir.
***Depozitin valyutası, müddəti və faizlərin alınması sxemindən asılı olaraq təyin olunur. Minimal məbləğ - PAŞA Bank əmək haqqı sahibləri üçün 20 000 ş.v (region filiallarında 15 000 ş.v), digər müştərilər üçün 30 000 AZN (region filiallarında 20 000 AZN) təşkil edir.
****Əmanətin minimal məbləği: 10000 AZN/USD/EUR.
*****Turanbankda əmanət onlayn yerləşdirdikdə faizlər 10% (aylıq) və 10,5% (müddətin sonunda) təşkil edir.
Qeydlər:
- Cədvəldə; faizlərin "hər ay" və "müddətin sonunda" götürülməsindən asılı olaraq 1 illik (12 ay) qəbul edilən Manat əmanətinin faizləri göstərilib.
- Bir sıra banklar əmanətin məbləğindən və müddətindən asılı olaraq müştəriyə əlavə faiz, bonus, kart, hədiyyələr və imtiyazlar (aşağı faizlə, zaminsiz kredit) təqdim edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 d. əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
-
- 14 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Ən çox oxunanlar
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb



















