Aksizlər üzrə kəsirlər yaranıb
Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlər üzrə müəyyən edilmiş proqnoz göstəricilərin icrası əsasən artıqlaması ilə təmin edilmiş, kəsirlər aksizlər üzrə yaranmışdır.
“Marja” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin” təhlilində bildirilir.
İllik və yarımillik proqnozlara, müvafiq olaraq malların idxalına görə əlavə dəyər vergisi üzrə 48,6% və 102,3% səviyyəsində əməl olunmaqla 796667,3 min manat, gömrük rüsumları üzrə 70,8% və 149,1% 6 səviyyəsində əməl olunmaqla 321440,5 min manat,xarici dövlətlərin avtonəqliyyat vasitələri sahiblərinin yol vergisi üzrə 93,8% və 197,5% əməl olunmaqla 15011,5 min manat, Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa yol vergisi üzrə 73,0% və 153,8% səviyyəsində əməl olunmaqla 730,4 min manat, eyni zamanda aksizlər üzrə 41,5%və 87,4% səviyyəsində əməl olunmaqla 37361,7 min manat məbləğində vəsait dövlət büdcəsinə daxil olmuşdur.
Əsas mənbələr kimi aksizlərin tərkibində illik və yarımillik proqnozların icrası vəziyyəti, müvafiq olaraq neft məhsulları üzrə 54,7% və 115,3% səviyyəsində olmaqla 3427,1 min manat, etil (yeyinti) spirti üzrə 95,1% səviyyəsində və 2,0 dəfə olmaqla 1077,1 min manat, pivə üzrə 52,5% və 110,4% səviyyəsində olmaqla 2098,0 min manat, spirtli içkilərin bütün digər növləri üzrə 63,4% və 133,4% səviyyəsində olmaqla 5949,7 min manat, tütün məmulatları üzrə 44,8% və 94,3% səviyyəsində olmaqla 17562,9 min manat, minik avtomobilləri üzrə 25,8% və 54,3% səviyyəsində olmaqla 7226,3 min manat təşkil etmişdir.
2016-cı ilin altı ayı ilə müqayisədə cari ilin müvafiq dövründə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə təmin olunan malların idxalına əlavə dəyər vergisi 148796,8 min manat və ya 23,0%, gömrük rüsumları 50315,6 min manat və ya 18,6%, xarici dövlətlərin avtonəqliyyat vasitələri sahiblərinin yol vergisi 3006,9 min manat və ya 25,0% artmış, eyni zamanda malların idxalına aksizlər 6641,2 min manat və ya 15,1%, Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa yol vergisi 19645,9 min manat və ya 96,4% azalmışdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























