Şəmkir su anbarında suyun səviyyəsi xeyli dəcərədə azalıb, bioresursları tükənib
Brakonyerliyə qarşı mübarizə zəifdirAzərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir, müsahibələr hazırlanır və yayılır . Bununla yanaşı, aparılan müşahidələr nəticəsində Azərbaycanın su hövzələrinin və onlardakı bioresursların hazırkı vəziyyəti barədə reportajlar mediada yayılır.
Bu dəfə Şəmkir su anbarında layihə çərçivəsində apardığımız müşahidələr əsasında hazırladığımız reportajı təqdim edirik.
Şəmkir su anbarı — Şəmkirdə Kür çayının üzərində yaradılıb və 1982-ci ildə istifadəyə verilib. Rəsmi məlumata görə, anbarın ümumi su tutumu 2677 mln. m³, faydalı həcmi isə 1425 mln. m³-dir. Anbarın normal dolma səviyyəsi 158 m, su güzgüsünün sahəsi 115,0 km², bəndinin üstdən uzunluğu 4500 m, hündürlüyü isə 70 m-dir. Anbardan Şəmkir, Samux, Göygöl, Goranboy rayonlarının torpaq sahələrini suvarmaq üçün istifadə edilir.
Apardığımız müşahidələr və yerli əhali ilə söhbətlərimizdən bəlli oldu ki, su anbarında suyun səviyyəsi xeyli dərəcədə azalıb.
Əvvəllər su anbarında 20 növ balıq növü yaşadığı halda, hazırda su anbarındakı balıq növlərinin azaldığı və orada 17 növ balığın olduğu qeyd edilir. Hərçənd, bu da rəsmi məlumatdır. Halbuki müşahidələrimiz və əhali, xüsusilə, həvəskar balıqçılarla söhbətlərimizdən o qənaətə gəldik ki, su anbarında balıqların növü və ümumi sayı təhlükəli həddə azalmışdır. Həvəskar balıqçılar və yerli əhalinin fikrincə, bunun əsas səbəbi balıqların nəzarətsiz şəkildə və qadağan olunmuş üsullarla ovlanmasıdır. Bundan başqa, anbarın suyunun suvarma məqsədilə daşaraq ətrafa yayılması da balıqların su ilə axıb getməsinə və tələf olmasına səbəb olur. Müşahidələrimiz də göstərdi ki, su anbarında demək olar ki, hər 10-15 metrdən bir torlar çəkilib. Sahil boyunca ov üçün istifadəsi qadağan olunmuş sintetik tor qalıqlarının olması isə burada balığın həm qadağan olunmuş üsulla, həm də qadağan olunmuş torlarla ovlandığını göstərir. Həvəskar balıqçılar bildirdilər ki, brakonyerlər bu torları hazırda görünməz formada, yəni qıraqdan insanların sökə bilməyəcəyi bir üsulla, suyun altından çəkməyə başlayıblar. Onları ilk baxışdan sahildən görmək qeyri-mümkündür. Sadəcə, onları görmək və yerini müəyyən etmək üçün brakonyerlər iri plastmas butulkaları həmin torlara pərçimləyiblər. Həmin plastmas butulkalar sahildən və ya binoklla müşahidə edilir. Biz müşahidə apardığımız vaxt su anbarında 7-8 motorlu qayıq torlarla məşğul idi. Onlardan ikisi isə sahilə yaxınlaşaraq torla ələ keçirdikləri sazan, sıf və digər balıqları sahildə gözləyən müştərilərə satdı. Yerli əhali və həvəskar balıqçılar bu kimi hallardan şikayət edirlər. Onlara görə, su anbarında adi halda sazana, sıfa və digər vətəkə balıqlarına rast gəlmək, həvəskar üsulla ovlamaq mümkün deyil. Çünki onların sayı həddindən artıq azalıb və belə vətəkə əhəmiyyətli balıqlar anbarda artıq tükəniblər.Tilovla yalnız şahmayı ovlamaq mümkündür. Halbuki ilər öncə burada digər növ balıqar da bol olub. Rəyini soruşduğumuz əhali və həvəskar balıqçılar su anbarında bioresursların tükənməsi ilə bağlı müvafiq qurumlardan şikayıətləndilər, eyni zamanda brakonyerliyə qarşı heç bir mübarizə aparılmamasından narazılıqlarını bildirdilər. Onlar su anbarında balıqçılıq üzrə ixtisaslaşmış müxtəlif rayonlardan gələnlərin brakonyerlik üsulu ilə ov etdiklərini iddia edirlər. Əsas təhlükəli məsələlərdən biri isə suya tokvermə üsulu ilə balıqların tükədilməsidir. Şikayətçilər su anbarında bu işlə məşğul olan bir çox adamların olduğunu bildirdilər. Anbarın sahilindəki müxtəlif yerlərdə çoxlu sayda balıqçı qayıqları var.
Bundan başqa, ərazidə baxımsızlıqdan natəmizlik hökm sürür. Sahil boyunca yeyib-içməyə gələnlərin tulladıqları zibil qalıqları aydın görünür. Su anbarına aparan yollar isə bərbad vəziyyətdədir. Əksər yerdə yollar çöküb və maşınlar üçün keçilməz vəziyyətə düşüb.
Müəllif: Qorqud Ağayev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
1 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
3 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
3 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
4 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
4 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
4 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)






.jpg)








.jpg)
