Əliyev Dünya Bankının regional direktorunu qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı qəbul edib.
Dövlət başçısı Dünya Bankının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Ötən illər ərzində əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcək konkret istiqamətlərin və layihələrin müəyyənləşdirilməsinin önəmini vurğuladı. Dövlət başçısı ölkəmizin uzun illər xarici borcun azaldılması istiqamətində səylər göstərdiyini və artıq bu məqsədə nail olunduğunu qeyd etdi.
Azərbaycanla artıq 30 ildir əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru dedi ki, bu gün Azərbaycan əhəmiyyətli inkişafa nail olub və yüksək nəticələr əldə edib. Qonaq bu inkişaf yolunda ölkəmizlə tərəfdaş olmaqdan məmnunluğunu ifadə etdi.
Görüşdə Dünya Bankının Azərbaycanda mövcud fəaliyyət istiqamətləri, ölkəmizin qarşısında duran və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olan yeni istiqamətlər və layihələr barədə müzakirələr aparıldı.
Qeyd edildi ki, Azərbaycan ilə Dünya Bankı arasında əsas əməkdaşlıq sahələri bərpaolunan enerji, yaşıl iqtisadiyyat və şəhərlər, nəqliyyat əlaqələndirməsi, kənd təsərrüfatı və irriqasiya sahələrində həyata keçirilən layihələrlə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








