Ziraat Bank Azərbaycan qadın sahibkarlara öz şəxsi bizneslərini qurmalarına töhfə verdi
(®) Ziraat Bank Azərbaycan sosial yönümlü layihələrin həyata keçirilməsi üzrə strategiyasına uyğun olaraq Özünüməşğulluq proqramı çərçivəsində müharibə iştirakçıları, şəhid ailəsi üzvləri, qadın sahibkarlara öz şəxsi bizneslərini qurmalarına dəstəyini uğurla davam etdirir.
Bank bu dəfə müxtəlif fəaliyyyət sahələri ilə məşğul olan 3 qadın sahibkara öz şəxsi bizneslərini qurmalarına dəstək olub. Belə ki, Suraxanı rayonu sakini, qadın sahibkar A. Qafarova və Sumqayıt rayonu sakini, şəhid ailəsi üzvü F. İsmayılova təlim-tədris, Qaradağ rayonu sakini, qadın sahibkar N. Əliyeva isə un məmulatları avadanlıqları ilə təmin olunaraq öz ailələrini maddi cəhətdən təmin etmək üçün imkan əldə ediblər.
Özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış memorandumun icrası çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və ya mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Qeyd edək ki, bu günədək Ziraat Bank Azərbaycan Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və s. bölgələrimizdə yaşayan bir çox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında öz töhfəsini verərək dəstək olmuşdur.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 57 d. əvvəl
-
-
1 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?

























