Sentyabrın 15-dən mümkün ən optimal hərəkət qrafiki tətbiq ediləcək
Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
Bu barədə "Bakı Metropoliteni" məlumat yayıb.
Qeyd edilib ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq. Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edilib. Həmin müddətdə "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. Bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək minimal intervallardır. Həmin sahədə günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.
Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.
“Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Qatarlar arasında şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək. İstirahət və bayram günlərində sərnişinlərin axın hərəkətinə uyğun olaraq, qrafikə ediləcək əlavə dəyişikliklər barədə ictimaiyyətə məlumat veriləcək.
Bənövşəyi xətt, eləcə də Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq.
Məlumat üçün bildirilir ki, sərnişinlər günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkətini, həmçinin daha böyük interval müşahidə edirlər. Bu, qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Belə hallarda "Ulduz-Həzi Aslanov" sahəsində interval daha çox olur. Həmin vaxt "Həzi Aslanov-Ulduz" sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsi mümkündür.
Həmçinin, zərurət yarandığı təqdirdə, qatarların “Memar Əcəmi” və “Neftçilər” stansiyasından dövr etməsini nəzərə alaraq, həmin müddətlərdə “Nəsimi-Dərnəgül”, “Xalqlar dostluğu-Əhmədli” sahələrində də qatarlar arasında iki dəfə çox olmaqla, iki qatarın ardıcıl “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsi mümkündür.
Yeni qrafikin 2024-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.
Sərnişinlərimiz qatarların "Bakmil" stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 14-ü axşam saatlarından metro.gov.az saytının müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) tanış ola bilərlər.
“Bakı Metropoliteni” QSC gözlənilən sərnişin sıxlığı ilə əlaqədar istifadə qaydalarına riayət etməyi, xüsusən platformalarda qatarları gözləyərkən ehtiyatlı və diqqətli olmağı, qatarlardan minib-düşənlərə yol verməyi, vaqona minərkən qapı zonasında və stansiya platformalarının eskalator meydançalarında yubanmamağı və dayanmamağı xahiş edir. Çünki qatarların stansiyada yubanması intervalların pozulmasının səbəb olur. İntervalların təyin olunmuş həddi aşması isə qatarların hərəkət intensivliyini aşağı salmaqla, qatarların stansiyalara daxil olmadan tunellərdə dayanıb gözləməsinə, platformalarda, xüsusən sərnişin axını daha çox olan stansiyalarda qatar gözləyənlərin sayının daha da artmasına gətirib çıxarır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 d. əvvəl
-
- 36 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
1 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
1 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
























