Energetika Nazirliyində AYİB-in birinci vitse-prezidenti ilə görüş olub
Energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Bankla enerji sahəsində çoxistiqamətli əməkdaşlıq yüksək qiymətləndirilib. Bu sahədə Azərbaycan-AYİB əməkdaşlığının genişləndirilməsi imkanları, həmçinin Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb. Bu xüsusda, AYİB-in dəstək layihələri çərçivəsində bərpa olunan enerji hərraclarının keçirilməsi və “Energetika və kommunal xidmətlər sahəsində tənzimləyici haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı proseslərin gedişatı barədə məlumat verilib.
“Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi” Qaydasının təsdiq olunması mühüm irəliləyişlərdən biri kimi vurğulanıb. Həmçinin ölkəmizdə bərpa olunan enerji güclərinin reallaşdırılması və enerji sisteminə inteqrasiyası ilə əlaqədar elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi məqsədilə aparılan tədqiqatlardan bəhs edilib. Bankla bu istiqamətdə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə 240 MVt gücündə “Abşeron-Xızı” Külək Elektrik Stansiyası, “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihələrinin icrası ilə bağlı son vəziyyət də nəzərdən keçirilib. “Yaşıl Enerji Dəhlizi”nin Avropa Komissiyası tərəfindən dəstəkləndiyi və Avropa maliyyə institutlarının layihədə iştiraka maraq göstərdikləri qeyd edilib. Söhbət zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsində AYİB ilə əməkdaşlıq perspektivləri, eləcə də ötən ilin dekabrında imzalanmış “Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu”ndan irəli gələn digər məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























