Satınalmalarda iştirak edən sahibkarlara arayışın təqdim olunması elektronlaşdırıldı
“etender.gov.az” portalında açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak edən sahibkarlar tərəfindən müvafiq arayışın alınmasına dair müraciət yalnız portal vasitəsilə həyata keçiriləcək və real vaxt rejimində dərhal təqdim olunacaq.“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarlara verilən arayış elektronlaşdırılıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Vergi Xidməti ilə birlikdə dövlət satınalmalarında iştirak edən sahibkarlara qeyd olunan arayışın dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə verilməsi üçün inteqrasiyanı yekunlaşdırıb.
Xidmətin yaydığı məlumatda bildirilir ki, 01.09.2023-cü il tarixindən etibarən “etender.gov.az” portalında açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak edən sahibkarlar tərəfindən müvafiq arayışın alınmasına dair müraciət yalnız portal vasitəsilə həyata keçiriləcək və real vaxt rejimində dərhal təqdim olunacaq.
Arayışın elektronlaşdırılması dövlət satınalmalarında iştirak edən sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, təqdim edilən arayışın Qanunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək.
Sahibkarlar arayışın təqdim edilməsinə dair daha ətraflı məlumatı “etender.gov.az” portalının təlimatlar bölməsinə yerləşdirilmiş müvafiq təlimatla tanış olmaqla əldə edə bilərlər.
Qeyd edək ki, dövlət satınalmaları prosedurlarının tamamilə elektronlaşdırılması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin prioritetlərindəndir və bu istiqamətdə işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 24 d. əvvəl
-
-
49 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
51 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























