Fed faiz qərarını açıqladı - YENİLƏNİB
Fed bu gün başa çatan toplantısında faizi və pul siyasətini dəyişdirmədi
ABŞ Mərkəzi Bankının (Fed) pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iyul iclası başa çatıb.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
"Marja" xəbər verir ki, komitənin qərarı ilə faiz dərəcələri dəyişdirilməyib. Maksimum faiz nisbətini 1,25%-də, minimum faiz nisbətini 1,00%-də saxlayıb.
Bu qərar bazarın iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb.
İqtisadçılar Fed-in növbəti dəfə dekabr ayında faiz artıracağını gözləyirlər. Səbəb inflyasiyanın sürətlənməsinin ləngiməsidir.
FOMC toplantısından sonra verilən açıqlamada, balansın nisbi olaraq yaxın zamanda azaldılmağa başlanacağına işarə verilib.
Bəyanatda bu ifadələr yer alıb:
-Məşğulluq bazarı güclənməyə davam edir
- İqtisadi fəallıq mülayim şəkildə artır
Fed rəsmiləri, inflyasiyanın 2%-dən aşağı qalmaqda davam etdiyini və inflyasiyanın orta müddətdə 2 faiz ətrafına yüksəlməsini gözlədiklərini bildirib. Həmçinin, iqtisadiyyat üçün qısamüddətli risklərin balanslı olduğunu və inflyasiyanı izlədiklərini qeyd ediblər.
ABŞ Mərkəzi Bankı 4.5 trilyon dollara yüksələn balansı "nisbi olaraq yaxın bir zamanda" azaltmağa başlayacağını bildirib.
Yəqin ki, Sentyabrda balansın azaldılmasına başlanacaq. Fed, pul siyasəti faizini 2008-ci ilin Dekabr ayında sıfır səviyyəsinə endirməsindən sonra, uzunmüddətli kredit faizlərini aşağı salmaq üçün trilyonlarla dollarlıq (4,5 trilyon dollar) istiqraz almışdır. Fed vaxtı çatdıqca istiqrazları geri qaytararaq dövriyyədəki Dolları yığacaqdır.
Qərarın açıqlanmasından sonra Dollar Avro qarşısında 0,7% ucuzlaşıb. Bakı vaxtı ilə saat 23:03-də Avro/Dollar məzənnəsi 1.17 səviyyəsinə aşaraq 1.1730 dolları görüb (1 avro =1.1730 dollar).
Qeyd edək ki, sonuncu dəfə Fed iyunun 14-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb. Bundan əvvəl Fed martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırmışdı. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75%-ə artırılması barədə qərar qəbul etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 40 d. əvvəl
-
49 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
52 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)



