Rusiya: Laçın yolunda yaranmış vəziyyətə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır
“Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycan bayrağını təhqir etmiş erməni futbolçuların Laçın sərhəd-sərhəd buraxılış məntəqəsində saxlanılmasında Rusiya sülhməramlılarının da günahkar olması ilə bağlı sualına cavabında bildirib.
“Bu, Avropa İttifaqının himayəsi altında ötən ilin oktyabrında və bu ilin mayında hər iki ölkənin liderinin iştirak keçirilən sammitində qeydə alınıb (Ermənistanın keçmiş Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıması-red.). Bu barədə Rusiya XİN-in “Qarabağ ətrafındakı vəziyyətlə bağlı” 15 iyul 2023-cü il tarixli bəyanatında da aydın deyilib. Bu məzmunda məsuliyyəti Rusiya sülhməramlı kontingentinin üzərinə qoymağı yersiz, düzgün olmayan və haqsız hesab edirik. İrəvan və Ermənistan hakimiyyəti tərəfindən Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu tanımasından sonra yaranan yeni şəraitdə Rusiya sülhməramlı kontingentinin vəzifəsi Azərbaycana Qarabağ ermənilərinin bütün hüquq və təhlükəsizliyini təmin etməyə, o cümlədən Bakı ilə Xankəndi arasında birbaşa dialoqun qurulmasına bütün mümkün yardımı etməkdən ibarətdir”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
XXX
"Üçüncü, beşinci, onuncu tərəfləri cəlb etməklə yeni konstruksiyalar fikirləşmək lazım deyil"
“Əldə olunmuş razılaşmaları icra etmək lazımdır. Bu, elə zəmanət deməkdir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin “Rusiya tərəfi Xankəndiyə Azərbaycan ərazisində rəsmi Bakı ilə danışıqlar aparmağı təklif edir. Qarabağ ermənilərinin təhlükəsizliyinə kim təminat verir” sualına cavabında bildirib.
Zaxarova qeyd edib ki, bu sualın cavabı çox sadədir: “Əgər nə barədəsə razılaşma olubsa, üstəlik imzalar atılıbsa, üstəlik yüksək səviyyədə bu imzalar atılıbsa, bunu reallaşdırmaq lazımdır. Üçüncü tərəfləri, artıq üçüncü deyil, beşinci, onuncu tərəfləri cəlb etməklə yeni konstruksiyalar fikirləşmək lazım deyil… Razılaşmalar var, onları icra etmək lazımdır. Bu elə zəmanət deməkdir”.
Rusiya XİN sözçüsü Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyində kardinal dəyişikliyin olduğunu xatırladıb: “Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyi kardinal şəkildə dəyişib. Üstəlik, məhz İrəvan üçün əsas olan məsələ ilə bağlı… Bu İrəvanın məsələsidir, onların daxili qərarıdır”.
XXX
Rusiya XİN: Fransa Azərbaycanın da mövqeyini nəzərə almalıdır
Rusiya XİN hesab edir ki, Fransa vasitəçilik etmək istəyirsə, həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almalıdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Biz dəfələrlə demişik ki, bir tərəfdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Rusiya səylərinə əks olmayan, onları təkrarlamayan, bu səyləri pozmayan bütün təşəbbüsləri alqışlayırıq. Digər tərəfdən isə Fransanın bu istiqamətdə fəallığı bizə yaxşı məlumdur. Bu cür vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin, yəni həm Azərbaycan, həm də Ermənistanın ilk növbədə mövqeyini nəzərə almaq lazımdır. Bunlarsız vəziyyətin nizamlanmasında hər hansı irəliləyişə ümid etməyə dəyməz. Bu, bütün vasitəçiliyin alfa və omeqasıdır”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
-
49 d. əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
51 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
58 d. əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır






.jpg)
.jpg)




.jpg)











.jpg)



