Türkiyə Mərkəzi Bankının sürpriz qərarından sonra Lirə bahalaşdı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı gözlənilməz şəkildə faizini kəskin artırıb. İqtisadçılar və bazarlar Mərkəzi Bankın faizini 2,50 faiz bəndi artıraraq 17,50 faizdən 20 faizə qaldıracağını gözləyirdilər. Türkiyə Mərkəzi Bankı isə sürpriz şəkildə faizini 7,50 faiz bəndi artıraraq 25 faizə çatdırıb. Faizin kəskin artırılması Türk Lirəsinin bahalaşmasına səbəb olub.Xəbər verdiyimiz kimi, bu gün sürpriz şəkildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 7,50 faiz bəndi artıraraq 25 faizə qaldırıb. Bankın uçot dərəcəsini 20 faizə qədər artıracağı proqnozlaşdırılırdı. TCMB-nin yeni administrasiya iyun ayında işə başlayanda uçot dərəcəsi 8,50 faiz səviyyəsində idi.
Marja.az xəbər verir ki, TCMB-nin faiz qərarı açıqlanmamışdan əvvəl Dollar/Türk Lirəsi məzənnəsi 27,2493 lirə səviyyəsini görmüşdü. Qərardan sonra məzənnə 26 lirə səviyyəsindən də aşağı düşüb və 25,2528 lirə olub (saat 16:53-ə olan məlumat). Türk Lirəsi Dollar qarşısında 6,6 faiz bahalaşıb.
Qeyd edək ki, adətən Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılması kreditlərin bahalaşması, ümumi tələbin azalması və işsizlin artmasına səbəb olur. Nəticədə inflyasiya aşağı düşür və Mərkəzi Bank öz hədəfinə çata bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 21 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























