Çip istehsalçısı Nvidia-dan rekord gəlir
Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia-nın bu ilin ikinci rübündə gəlirləri 13,51 milyard dollar təşkil edib. Şirkətin gəlirləri bazar gözləntilərini üstələyib.Nvidia aprel-iyun dövrü üzrə balans hesabatını dərc edib.
Marja.az xəbər verir ki, şirkətin bu ilin ikinci rübündəki gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 101% artımla rekord səviyyəyə çataraq 13,51 milyard dollar təşkil edib. Nvidia, 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar gəlirlər əldə etmişdi.
Şirkətin bu dövrdəki gəlirləri 11,22 milyard dollarlıq bazar gözləntilərini aşıb. Nvidia üçüncü rüb üçün gəlir proqnozunu 16 milyard dollar olaraq açıqlayıb.
Bu dövrdə Nvidia-nın xalis mənfəəti rüblük müqayisədə 203 faiz, illik müqayisədə isə 9,5 dəfə artaraq təxminən 6,2 milyard dollar təşkil edib. Nvidia 2022-ci ilin eyni rübündə 656 milyon dollar xalis mənfəət əldə etmişdi.
2022-ci ilin ikinci rübündə Şirkətin səhmbaşına 0,26 dollar olan dividendi, bu ilin eyni dövründə 2,48 dollara yüksəlib.
Açıqlamada Nvidia-nın Baş direktoru Jensen Huang, yeni kompüter dövrünün başladığını qeyd edərək, "Dünyadakı şirkətlər ümumi təyinatlı kompüterlərdən sürətləndirilmiş proseslərə və məhsuldar süni intellektə keçirlər",- deyib.
Nvidia-nın bazar dəyəri may ayında süni intellekt çiplərinə artan tələbin təsiri ilə 1 trilyon dollara çatıb.
Şirkətin səhmlərinin bahalaşması digər çip istehsalçılarının və süni intellekt proqramlarını inkişaf etdirən şirkətlərin də səhmlərinin dəyər qazanmasına kömək edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti













.jpg)







