SOCAR AQŞ Türkiyənin neft şirkəti ilə yeni müqavilə imzalayıb
"SOCAR AQŞ", Türkiyə Neft Şirkəti (TPAO) ilə qazma xidmətləri üzrə yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən, Şirkət Türkiyənin cənub-şərq bölgəsində quruda yerləşən dörd neft quyusu üçün qazma xidmətləri göstərəcək.Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti SOCAR AQŞ-nin törəmə şirkəti “SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” (SOCAR AQŞ Türkiyə), Türkiyə Respublikasının dövlət neft şirkəti olan Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkəti ilə qazma xidmətləri üzrə mühüm müqavilə imzaladığını elan edib.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, müqaviləyə əsasən, "SOCAR AQŞ Türkiyə" şirkəti, Türkiyənin cənub-şərq bölgəsində quruda yerləşən dörd neft quyusu üçün qazma xidmətləri göstərəcək.
"Bu müqavilə enerji sektorunda strateji tərəfdaşlığı təmsil edən hər iki təşkilat üçün mühüm nailiyyətdir. Sazişin ölkənin ümumi neft hasilatını dəstəkləyəcəyi və regionda məşğulluğu artıracağı gözlənilir,- məlumatda bildirilir.
Bu əlamətdar hadisəni şərh edən SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib: “SOCAR AQŞ Türkiyə öz zəngin təcrübəsindən və müasir texnologiyalardan istifadə edərək, layihə zamanı təhlükəsiz və səmərəli fəaliyyət göstərməyi və maksimum məhsuldarlığı təmin etməyi qarşısına məqsəd qoyub.”
“SOCAR AQŞ Türkiyə və TPAO arasında olan bu tərəfdaşlıq, regionun enerji sənayesinin inkişafını dəstəkləmək üçün qarşılıqlı öhdəliyi vurğulayır. Biz texniki təcrübəmizdən istifadə etməyi və hər iki tərəfə uğur gətirəcək uzunmüddətli əlaqələri inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - "SOCAR AQŞ Türkiyə" üzrə menecer Famil Xələfov əlavə edib.
Press-relizdə bildirilir ki, SOCAR AQŞ innovativ texnologiyaları və peşəkar işçi qüvvəsi ilə müştərilərin gözləntilərini mütəmadi olaraq qarşılayaraq etibarlı xidmət təminatçısı kimi nüfuz qazanmışdır. Şirkət həm mövcud, həm də potensial layihələr üçün təhlükəsiz və səmərəli nəticələr təqdim etmək öhdəliyinə sadiq qalaraq, TPAO-nun gələcək səyləri üçün etibarlı tərəfdaş olacaq.
SOCAR AQŞ haqqında:
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.
Daha ətraflı: https://www.socar-aqs.com/az/
SOCAR AQŞ Türkiyə haqqında:
SOCAR AQŞ Türkiyə 2019-cu ildə SOCAR AQŞ-nin törəmə müəssisəsi kimi təsis edilib. Şirkət eyni il Türkiyədə Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsi üzrə China CAMC Engineering Co., Ltd-IC İctas Construction Industries & Trade Inc. JV ilə qazma müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyə, Türkiyənin Aksaray rayonunun Tuz Gölü bölgəsində 40 quyu qazaraq təhvil verib. Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi Türkiyənin təbii qaza olan tələbatını ödəmək üçün böyük əhəmiyyət kəsb edir və SOCAR AQŞ Türkiyə bu mühüm missiyanın uğurla həyata keçirilməsinə töhfə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
3 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
3 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
4 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 5 saat əvvəl
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















