Gəncədə ət və yumurta istehsalı kəskin artıb
2023-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində 64,5 ha əkin (ondan 29,0 hektar dənlilər və dənli paxlalı bitkilər, 34,5 hektar tərəvəz bitkiləri, 1 hektar yem bitkiləri) aparılmışdır. 2023-cü ilin yanvar-iyun aylarında tarlalardan 61,1 ton dənlilər və dənli paxlalı bitkilər, 134,8 ton tərəvəz, 299,6 ton meyvə və giləmeyvə, 7,8 ton yonca toplanmışdır.
2023-cü ilin iyul ayının 1-i vəziyyətinə təsərrüfatlarda 832 baş iribuynuzlu mal-qara (ondan 352 baş inək və camış), 1136 baş qoyun və keçi, 35 baş donuz mövcud olmuşdur.
Gəncə şəhərində 2023-cü ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində 81,5 ton ət diri çəkidə, 310,3 ton süd, 605 min ədəd yumurta, 2,9 ton yun istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 49,0 ton (2,5 dəfə), yumurta istehsalı 390 min ədəd (2,8 dəfə), süd istehsalı 107,6 ton (53,1 faiz), yun istehsalı isə 0,1 ton (3,6 faiz) artmışdır.
2023-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 1437,9 min manat, o cümlədən bitkiçilik məhsulları 513,6 min manat, heyvandarlıq məhsulları 924,3 min manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
17 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb







.jpg)




.jpg)





.jpg)





