195 min unsiya qızılın olduğu yataqdan hasilat başlayır - AZƏRBAYCANDA
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti ötən il Gədəbəy rayonu ərazisində kəşf olunan “Uğur” qızıl yatağı və hasilatı aparılan mədənlərlə bağlı planlarını açıqlayıb.
Şirkətin ayaydığı xəbərə görə, plana uyğun olaraq bu ilin IV rübündə “Uğur” qızıl yatağından hasilata başlanması gözlənilir.
Şirkət mineral və filiz ehtiyatı hesabatının bu ilin III rübündə tamamlanmasına imkan verən əsas və tərs dövriyyə qazma və təhlil işlərini tamamlayıb. Məlumata görə, ətraf mühitə təsirin qiymətləndirilməsi işləri də yekunlaşıb.
İlkin hesablamalar göstərir ki, “Uğur” yatağında 195 min unsiya qızıl ehtiyatı elan edilə bilər (Bu günkü qiymətlə (unsiyası 1253 dollar) 245 milyon dollarlıq qızıl). Torpağın üst qatının ilkin qazma işlərinə iyulun sonunda başlanacaq.
Şirkətdən digər qızıl yataqları ilə bağlı qeyd olunub ki, “Gədəbəy” yatağının daha geniş tədqiqi planlaşdırılır. Hazırda burada 61 tərs dövriyyə çuxuru üzrə işlər davam edir, iki özək qazma çuxuru isə tamamlanıb.
Şirkətdən bildirilib ki, “Qadir” yeraltı mədəni arasındakı tunel ilə “Gədəbəy” açıq yatağının aşağıya doğru uzantısının 465 metrindən 216 metri tamamlanıb.
Şirkətin 2017-ci il üzrə strategiyasının ilin IV rübündən başlayaraq hasilata müsbət təsir göstərəcəyi qeyd olunub. Bu rübdə şirkətin “Qadir” və “Qoşa” mədənlərindən hasilata yenidən başlayacağı da gözlənilir.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənlərində hasilatla məşğuldur.
Bu il şirkət Gədəbəydə geniş kəşfiyyat və hasilatın optimallaşdırılması işləri həyata keçirir. Bu çərçivədə "Gədəbəy" açıq mədənində may ayından başlayaraq hasilat azaldılıb və bu azalma ilin sonuna qədər davam edəcək.
“Qadir” yeraltı mədənində də qazma aparılması üçün bu ilin fevral ayında filiz hasilatı dayandırılıb.
“Gədəbəy” açıq mədənində tam hasilatın 2018-ci ilin əvvəlində bərpa olunması gözlənilir.
“Uğur” yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
18 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 15 saat sonra
-
- 14 d. əvvəl
- 19 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
-
1 saat əvvəl
Bank yeni konsept əsasında İçərişəhər və Masazır filiallarını istifadəyə verib
-
2 saat əvvəl
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
-
2 saat əvvəl
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
-
3 saat əvvəl
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
Ən çox oxunanlar
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
Qlobal ərzaq qiymətlərində cüzi azalma
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib

























