İlham Əliyev İtaliya şirkətinin baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul edib.
Marja xəbər verir ki, Stefano Pontekorvo İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni və müdafiə naziri Quido Krosettonun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliya Nazirlər Şurasının Sədrinə və müdafiə nazirinə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan “Leonardo” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, İtaliyanın müdafiə məhsulları istehsal edən ən böyük şirkəti olan “Leonardo”nun mülki sektorda da maraqlı texnologiyaları, o cümlədən “Smart city” texnologiyası, süni peyk istehsalı və aerokosmik xidmətlər, böyük şəhərlərin nəqliyyat sistemlərinin idarəedilməsi də var. Şirkətin rəhbər şəxsləri bu sahələrdə də ölkəmizə faydalı ola biləcək əməkdaşlıqla bağlı təşəbbüslərini ifadə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 12 d. əvvəl
- 13 d. əvvəl
- 16 d. əvvəl
- 17 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu







.jpg)









.jpg)
