“Araz” supermarketlər şəbəkəsində yeni təyinat
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin Marketinq kommunikasiyaları şöbəsinə Aysel Fərziyeva müdir təyin edilib.
Şəbəkənin yaydığı məlumatda bildirilir ki, media və ictimaiyyətlə əlaqələr sahəsi üzrə 10 ildən çox təcrübəsi olan A.Fərziyeva əmək fəaliyyəti ərzində Lider TV, ATV, REAL TV və ARB 24 telekanallarında müxtəlif verilişlərin layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.
A.Fərziyeva 2018-ci ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb və “Süfrə” elmi-kütləvi jurnalının baş redaktoru olub.
Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fəaliyyət göstərən A. Fərziyeva bir çox yerli və beynəlxalq şirkətlər tərəfindən təşkil edilmiş ixtisasartırma kursları və təlimlərdə uğurla iştirak edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
55 d. əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Ən çox oxunanlar
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir




















