Türkiyə bankı Azərbaycanda aktivlərini və gəlirlərini güclü artırıb
"Ziraat Bank Azərbaycan" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 4 milyon 129 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 811 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 318 min manat və ya 8,3% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 6 milyon 85 min manat və ya 41,3% artaraq 20 milyon 834 min manat, qeyri-faiz gəlirləri isə 611 min manat və ya 10,1% artaraq 6 milyon 634 min manat təşkil edib.
6 AYLIQ ƏMƏLİYYAT MƏNFƏƏTİ 10 MİLYON MANATDAN ÇOXDUR
2023-cü ilin birinci yarısında "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 27 milyon 467 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 772 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 10 milyon 200 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 6 milyon 71 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Ziraat Bank Azərbaycan"ın əməliyyat mənfəəti 8 milyon 838 min manat təşkil etmişdi və ehtiyata 5 milyon 27 min manat ayırmışdı.
BANK BÖYÜYÜB
"Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 141 milyon 456 min manat və ya 26,7% artaraq 30 iyun 2023-cü il tarixində 670 milyon 356 min manat təşkil edib.
"Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 30 milyon 377 min manat və ya 9,6% artaraq 347 milyon 957 min manata çatıb.
DEPOZİT PORTFELİNDƏ BÖYÜK ARTIM
"Ziraat Bank Azərbaycan"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 135 milyon 156 min manat və ya 42,5% artaraq 452 milyon 962 min manata çatıb. O cümlədən, fiziki şəxslərin müddətli depozitləri 49 milyon 470 min manat və ya 49,5% artaraq 149 milyon 339 min manata çatıb. Bankda hüquqi şəxslərin tələbli depozitləri isə 120 milyon 50 min manat və ya 114% artaraq 225 milyon 754 min manata yüksəlib.
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
30 İyun 2023-cü il tarixində "Ziraat Bank Azərbaycan" 107 milyon 435 min manat məcmu kapitala malik olub.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 d. əvvəl
Tramp: İranın raket və hərbi infrastrukturunun böyük hissəsi məhv edilib
-
- 7 d. əvvəl
-
35 d. əvvəl
Sığorta şirkəti 2025-ci ili 1 milyon 750 min manat xalis mənfəət ilə başa vurub
-
14 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Expressbankdan bayram təklifi!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
























