"Bank VTB Azərbaycan" ilk 6 ayı xalis mənfəət ilə başa vurub
"Bank VTB Azərbaycan" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 5 milyon 747 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 6 milyon 208 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "Bank VTB Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 1 milyon 1 min manat və ya 8% artaraq 13 milyon 462 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 866 min manat azalaraq 3 milyon 162 min manat təşkil edib. Qeyri-faiz gəlirlərinin azalması xarici valyutalar üzrə gəlirin azalması ilə əlaqədardır.
"Bank VTB Azərbaycan"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk yarısında 1,7% azalaraq 30 iyun 2023-cü il tarixində 234 milyon 340 manat təşkil edib. Cüzi azalma nağd pul vəsaitlərinin dəyişməsi ilə əlaqədardır.
"Bank VTB Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk yarısında 15 milyon 436 min manat və ya 9,7% artaraq 175 milyon 211 manata çatıb.
"Bank VTB Azərbaycan"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 10 milyon 218 min manat və ya 10,8% azalaraq 84 milyon 633 manat təşkil edib.
30 İyun 2023-cü il tarixində "Bank VTB Azərbaycan" 79 milyon 576 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 32 d. əvvəl
-
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti
























